21 Haziran 2020 Pazar

Kamal Fərhadoğlu

        Kamal Fərhadoğlu (Məmmədov), 1947- ci il aprelin 15-də indiki Xankəndi rayonunun Kosalar kəndində anadan olmuşdur. 1967-ci ildə Şuşa Pedaqoji Texnikumunu, 1975-ci ildə isə Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. Həmin ildən pedaqoji fəaliyyətə başlayan Kamal müəllim 52 il Azərbaycan dili və ədəbiyyatı fənnini böyük həvəslə şagirdlərinə öyrədib.
        Kamal müəllim daim ədəbi yaradıcılığa meyilli insan olmuşdur. Yaradıcılığa erkən yaşlarından başlayan Kamal müəllimin şeirləri Resbublikamızın bir çox mətbu orqanlarında mütamadi olaraq dərc edilir. Yorulmaz fəaliyyətinin nəticəsidir ki, “Dağlarda nisgilli bir ağım qaldı”(2008), “Rübailər”(2010), “Bəlkə elə Həsən Hüseyn səsiydi”(2010), "Anamın laylası nə gözəl imiş" (2013) adlı dörd kitabı işıq üzü görüb. Bir kitabı isə çap edilmək üzrədir. Bu kitabların əsas mövzusu Vətəndə vətənsizlik və yurdsuzluqdur. O, Vətən, yurd həsrətli bir insandır. Doğma kəndin gözəl təbiətindən zövq alaraq, gözəl şeirlər yazıb-yaratmışdır. Bu gün də ədəbi fəaliyyətini davam etdirir. Doğma torpaq işğal altındadır. Bu səbəbdəndir ki, son zamanlar Kamal müəllimin yaradıclığında yurd həsrətli şeirlər üstünlük təşkil edir.
Kamal müəllim: “ Mənim üzüm o vaxt güləcək ki, Şuşa həsrətinə, Kosalar ayrılığına son qoyulacaq. Elə ona görə də mənim Vətən, yurd həsrətli şeirlərim çox nisgilli, çox kədərlidir.”

Hönkürüb Ağlardım

Kəpəz, gendən durub elə hey məni,
Sən qəsdən yandırıb yaxdınmı,nədi?
Deyirdim dağlardı mənim pənahım,
Mənsiz Kirs dağına baxdınmı, nədi?

Kaş gözün olaydım, yurda baxaydım,
Hönkürüb ağlardım bir doyunca mən.
Dincəlib sakitlik tapmaram qəti,
Şuşa torpağına üz qoyunca mən.

Vətənsizliyin yayı Kamal müəllim üçün həmişə qış olmuşdur.

10 Mayıs 2020 Pazar

Doğma torpağa, Vətənə bağlı olan xocalılılar neçə ay mühasirədə qalmasına baxmayaraq, öz yurd yellərini tərk etmədilər. Yüzlərlə şəhidlik zirvəsi və düşmənlərə qarşı şərəfli döyüşləri ilə xocalılar başını daim uca tuturlar. Dövlətə və dövlətçiliyə sədaqət göstərən Xocalı camaatı yaxşı bilir ki, Qarabağa, Xocalıya qayıdış yalnız həmrəyliklə və ölkə başçısının ətrafında sıx birləşməklə mümkün olacaq. Azərbaycanın bəlalı günlərində xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev ölkəni xaosdan, müstəqilliyimizi itirmək təhlükəsindən  xilas etdi. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev bu gün Azərbaycanı inamla irəli aparır. Xocalılar bu siyasəti dəstəkləyir və tapdaq altında qalan yurd yerlərinin işğaldan azad edəcəyimizə inanırlar.
I Qarabağ müharibəsi iştirakçısı, Xocalı soyqırımının canlı şahidi, erməni əsirliyində olmuş, “Azərbaycan Bayrağı” ordenli, “Əməkdar həkim” fəxri adına layiq görülmüş Xocalı sakini Məmməd Ağalar oğlu Nağıyev yaşa görə pensiyaya çıxmasına baxmayaraq, tez-tez ümumrayon tərbirlərində iştirak edir. Məmməd Nağıyev uzun illər Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışmışdır. O, 1996-cı ildə dahi şəxsiyyət Heydər Əliyevlə görüşdə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. Ulu öndərlə görüş onun yaddaşında əbədi xatirəyə çevrilmiş, nurlu üzlü insanla görüş onun həyatında ən əlamətdar gün olmuşdur.
Məmməd Nağıyev ölkəmizdə və dünyada baş verən proseslərə diqqət yetirən ziyalıdır. O, “Xocalının səsi” qəzetinə müsahibəsində deyir ki, koronavirusla mübarizə ölkəmizdə yüksək səviyyədə aparılır. Bu pandemiyanın zərərlərini minimuma endirmək üçün Azərbaycan hakimiyyəti tərəfindən əhəmiyyətli və sistemli tədbirlər görülməkdədir. Azərbaycan koronavirus pandemiyasına yoluxma vəziyyətinə görə digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğunu söyləyə bilərik. Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Ölkə Başçımız və Birinci vitse-prezidentimiz bir illik əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdilər, ardınca bir çox qurumların, özəl şirkətlərin və ayrı-ayrı şəxslərin koronavirus infeksiyasına qarşı tədbirlərin görüləməsi üçün Fonduna ianələr bağışladı. Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başladı, zəruri tibbi avadanlıqlar alındı, koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müasir tibb müəssisələri ayrıldı, karantin zonaları yaradıldı. Ölkə başçısının “Biz bir yerdə güclüyük” çağırışı ilə Azərbaycan xalqı bir daha həmrəy oldu.
Prezident İlham Əliyev Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında bildirdi ki,  neftin qiyməti üç dəfə aşağı düşüb. Amma mən demişəm, bir daha demək istəyirəm və bütün vətəndaşlar bunu bilsinlər, biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik. Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Göründüyü kimi, pandemiya təhlükəsi ölkəmizi tutduğu yoldan – sosial layihələrin uğurlu icrasından dayandıra bilməyib.
Məmməd Nağıyev Azərbaycan Prezidenti dünya miqyasında baş verən hadisələrlə bağlı da qətiyyətli mövqe nümayiş etdirdiyini də diqqətə çatdırır. Bildirir ki,  Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Eləcə də, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycan Prezidentinin yaranmış vəziyyətin sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar da Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təqdir olunur.
Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşdə Prezident haqlı olaraq vurğuladı ki, “pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq”. Belə bir təhlükənin hər kəsin qapısını döydüyü və multilateralizmin demək olar ki can verdiyi şəraitdə belə, Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.
Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirilmişdir. Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənmiş və Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunmuşlar. 40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, Xarici İşlər nazirlərinin iştirak etdiyi sözügedən tədbir bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir.
Sadalanan faktlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunu daim artdığının göstəricisidir.
Koronavirusla mübarizəyə qoşulan Xocalı rayon səhiyyə işçiləri mart ayının 14-dən gücləndirilmiş növbəli iş rejimi ilə çalışaraq əhaliyə xidmət edirlər. Məmməd Nağıyev uzun illər səhiyyədə çalışmış bir həkim kimi koronavirus pandemiyası dövründə rayonumuzda fəaliyyət göstərən  tibb məntəqələrinin fəaliyyəti ilə daim maraqlanır. Əvvəllər birlikdə çalışdığı ağ xələtlilərə öz tövsiyələrini çatdırır. Qarabağ müharibəsində çətinliklər görmüş Xocalı sakini kimi lazım gələrsə koronavirusla mübarizədə öz köməkliyini göstərməyə hazır olduğunu bildirir.
 "XOCALININ SƏSİ"

9 Mayıs 2020 Cumartesi

Kosalar XX əsrin əvvəllərində

             XX əsrin əvvəllərində Kosalar kəndi ağır  sınaqlardan çıxmalı   olmuşdur. 1905-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım hadisələri zamanı  Kosalar da erməni planından kənarda qalmamışdır. Ermənilərə qarşı cavab əməliyyatlarında-döyüşlərdə Kosalar igidləri də fəal iştirak etmişdir. Mir Mövsüm Nəvvabın “1905-1906-cı ildə erməni-müsəlman davası” adlı kitabında Kosaların ermənilərə qarşı mübarizəsindən bəhs olunmuşdur. Bu kitabda kəndimizin bir çox igidlərinin adı çəkilmişdir. Ermənilər həmin  zaman Kosalar kəndinə ayaq basa bilməmişdilər. Layiq olduqları paylarını alaraq, geri qayıtmışdılar.

          Mir Mövsüm Nəvvabın yazdığa görə, ermənilərə qarşı mübarizədə xəlfəlilərin arasında Qasım (Vəli oğlu Qasım) adlı çox qeyrətli bir gənc vuruşurdu (yaşlı adamların verdikləri məlumatlara görə Qasım Xəlifəli döyüşündə yox, Kosalar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur). O, bu mübarizədə hədsiz cəsarət və qəhrəmanlıqlar göstərirdi. Döyüşlərin birində Qasım 4 erməni öldürmüşdü. Həmin döyüşdə birdən qəfl bir namərd gülləsi onu haqlayır (Qasımı ermənilər Tumaş daşının yanında öldürdülər. Qasım vurulduqdan sonra ermənilər üç gün toy edərək şənlənmişdilər). Daha bir cəsur Kosalar övladı döyüş meydanında qəhramancasına həlak olur. Onun cənazəsi Kosalar kəndinə gətirilir. Bir neçə nəfər at və qatırla molla dalınca Qalaya (Şuşaya) gedirlər. Yolda ermənilər onları Yel dəyirmanı Qayasından və Qaybalı kəndindən atəşə tutdular. Onlar çətinliklə özlərini Qalaya çatdıra bildilər. Əhvalatdan xəbər tutan Qala əhli silaha sarıldı...

        Məlum olduğu kimi

30 Nisan 2020 Perşembe

Xocalı rayon Kosalar kənd sakini Kamran Məmmədovun Cənab Prezidentimizə minnətdarlıq məktubu

"Azərbaycanın bugünkü inkişafı bədxahlarımızı rahat buraxmır”

        Xocalı əhalisinin bir hissəsi Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik yeni qəsəbədə məskunlaşıb. Doğulduqları yurdları yerlə-yeksan olunduqdan sonra burada məskunlaşmış xocalılıların ömrünün ixtiyar çağlarını yaşayanlardan biri də Kosalar kəndində dünyaya göz açmış Kamran Məmmədovun ailəsidir. Dünyanı bürümüş koronavirus pandemiyasının Azərbaycanda qarşısının alınmasında dövlətin və hökumətin apardığı məqsədyönlü sosial siyasəti ürəkdən bəyəndiyini və hər kəsin tətbiq olunan karantin qayda-qanunlarına əməl etməyinin vacibliyini bildirən Kamran Məmmədov məktubunda yazır: "Cənab Prezident! Bu gün də Sizin xalqa, dövlətə hansı məhəbbətlə bağlı olduğunuzu görürük. Oğlum Aqil Məmmədov da həkimdir. Bu gün həkimlərimizin gecə-gündüzü yoxdur. Onlar xalqımızın sağlamlığı uğrunda özlərini hər an təhlükə ilə üz-üzə qoyurlar. Onların və eləcə də dövlət başçısının xalqımızı bu bəladan sağ-salamat qurtarması üçün fədakarlıqlarını görməmək nadanlıq olardı.

         Hörmətli Prezident! Siz dövlət başçısı olandan həyatınız daim mübarizələrdə keçib. Ulu Öndər Heydər Əliyevin də həyatı sərt siyasi mübarizələrdə keçərək qranitləşmişdi. Azərbaycanımızın bu gün dünyada pandemiyaya qarşı mübarizədə ön sıralarda olması heç də təsadüfi deyil. Dünyada iqtisadiyyatına görə bizim dövlətdən də güclü, ölkələr var. Lakin onların istər qaçqınların yerləşdirilməsi, məskunlaşdırılması, istərsə də sosial həyat tərzinin bərpasında necə aciz qaldıqlarını gördük. Avropa qaçqınları qəbul edə bilmir, dəryalarda batırır, yaxud da onlar özləri səfalət içində aclıqdan məhv olurdular. Azərbaycan dövləti isə bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə biganə qalmayaraq, hər cür sosial infrastrukturla təmin olunan 100-dən artıq yeni yaşayış məntəqələri tikərək onları məskunlaşdırdı. Həmçinin