23 Ekim 2014 Perşembe

Coğrafi mövqeyi və təbii şəraiti

             
      Kənd Qarabağda, Xankəndindən 8 km qərbdə, Şuşadan  şimal – qərbdə, Xocalıdan cənub–qərbdə dağlıq ərazidə yerləşir. Kənd Darçayın yaxası boyu dərə-təpə və yamaclar qoynunda salınmışdır. Dağların sərt təbiətinə uyğunlaşıb sinə gərən dağ adamları bu sıldırım yamaclarda isti od-ocaq, yurd-yuva sahibi olmuşdular.
        Ərazi əsasən dağlıq ərazi olduğu üçün əkin sahələri ilə az təmin olunmuşdur. Geniş çəmənliklərə malik idi. Daha çox meyvəçilik üçün əlverişli idi. Kənddə geniş meyvə bağları mövcud olmuşdur. Soyuq bulaqlar, sıx çay şəbəkəsi kəndin xarakterik xüsusiyyətlərindən idi. Həmçinin meşələri və ətraf dağları zəngin flora və faunaya malik idi. 
     İqlimi yayda sərin, səfalı, qışda isə sərt olurdu. Qış uzun çəkirdi (5-6 ay).

Hiç yorum yok:

Yorum Gönderme