23 Ekim 2014 Perşembe

Hümbətov Fərzalı


       Hümbətov Fərzalı Mirzalı oğlu 1922- ci il yanvar ayının 12- də Kosalar kənd sovetliyinə daxil olan Başkənd kəndində anadan olmuşdur. O, ilk təhsilini də orada almışdır.
      Qarşıdan Böyük Vətən müharibəsinin qanlı günləri gəlirdi. Səfərbər olunanlar içərisində Fərzalı kişi də var idi. O, gənc yaşında- 10 yanvar 1942- ci ildə cəbhəyə yola düşür. Ağır döyüş yolunu keçən Fərzalı kişi 10 sentyabr 1943- cü ildə yaralanması ilə əlaqədar olaraq ehtiyata buraxılmışdır. Arxa cəbhədə cəbhə üçün yorulmadan fəaliyyətini davam etdirir.
       Müharibədən sonra o, həyatını Mülki təsərrüfata bağlayır.Uzun illər kolxozda təftiş komissiyasının sədri vəzifəsində çalışır.
        Müharibədəki xidmətlərinə görə “Qələbənin 20 illiyi”, “Qələbənin 30 illiyi”, “Şanlı əmək-Leninin 100 illiyi” medalları və I dərəcəli “Böyük Vətən müharibəsi veteranı orderi” ilə təltif edilmişdir.
        Fərzalı kişinin həyatı kədərli olub. O, oğlunu, qızını və ailəsini vaxtsız itirib.
        Köçkünlük həyatı Fərzalı kişidən də yan keçmədi. Bu həyat onu Gəncə şəhər Hacıkənd qəsəbəsində yaşamağa vadar etdi.Ömrünün sonuna kimi Hacıkənddə yaşadı. O, 2001-ci ildə Hacıkənd qəsəbəsində vəfat etdi.

       Qəbri Aşıqlı kənd qəbiristanlığındadır.

Hiç yorum yok:

Yorum Gönderme