15 Ekim 2014 Çarşamba

Müharibə illərində Kosalar kəndini himayəyə götürən rayonlar

  
1.Kosalar-Yevlax
2.Cavadlar-Ağsu
3.Başkənd-Göyçay
4.Yaloba-Ucar
5.Canhəsən-Ağdaş
6.Qaragav-Oğuz

     Yuxarıda göstərilən rayonlar müharibə dövründə Kosalar kəndini iqtisadi və hərbi cəhətdən təmin edirdilər.
       Yevlax rayonu Kosalara hərbi sürsat, canlı qüvvə və ərzaq sarıdan köməklik etmişdir.
       Gəncə şəhəri də öz növbəsində hərbi sürsat, ərzaq və geyim ləvazimatları ilə Kosalara kömək əlini uzatmışdır. Gəncə şəhər Dİİ-nin rəisi Eldar Həsənovun rəhbərliyi ilə könüllülərdən ibarət batalyon düzəldilmiş və həmin batolyon 5 ay Kosalar uğrunda qəhrəmanlıqla vuruşmuşdur.
      Kərəm kişi bir dəfə Bakıda “Qarabağa yardım” komitəsində olur. Komitənin sədiri Bayram müəllimlə görüşür, vəziyyət haqqında ona məlumatlar verir. Ağır vəziyyətdə olan kəndə kömək üçün lazimi tədbilərin görülməsini istəyir. Bayram müəllim deyir ki: “Adətən hər nümayəndəliyi bir rayona təhkim edirik. Ancaq sizin hər bir kəndinizi bir rayonun himayəsinə verəcəyəm”.
        Kərəm kişi eyni zamanda Mədəniyyət Nazirinin müavini Marat Allahverdiyevin verdiyi maşınla müvafiq rayonlara gedərək rayon rəhbərləri ilə görüşür. Rayon rəhbərləri kəndin köçürülməsi üçün maşınlar ayırırlar.
        Əhalinin bir qismi cüzi də olsa əşyalarının bir hissəsini verilən maşınlarla kənddən çıxartdılar. Bir hissəsi isə bu haqda heç düşünmək belə istəmədilər. Çünki,  hamı Kosaların işğalına bir nəfər kimi inanmırdı. Fikirləşirdilər ki, nə qədər ki, Şuşa ermənilərə göz dağıdır, Kosalar düşmənə verilməyəcək. Hətta cüzi də olsa əşyalarının bir hissəsi kənddən çıxarılmış insanlar əşyalarını aprel ayının sonu may ayının əvvəllərində yenidən kəndə qaytarmışdılar.

Hiç yorum yok:

Yorum Gönderme