30 Ekim 2014 Perşembe

Rzayev Şahid


       Rzayev Şahid Şahmar oğlu 25 may 1968-ci ildə Xankəndi rayonunun Kosalar kəndində anadan olmuşdur.
      Şahid 1975-85-ci illərdə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 saylı orta məktəbində orta təhsil almışdır. O, 1986-cı ildə Azərbaycan Respublikası Xalq Təsərrüfatı İnistutunun “Əməyin iqtisadiyyatı” fakültəsinə qəbul olunmuşdur.
       O, 1987-1989-cu illərdə sovet ordusu sıralarında hərbi xidmət keçmişdir. Hərbi xidməti başa vurub vətənə qayıdan Şahid 1989-94-cü illərdə Azərbaycan Dövlət İqtisad Universtetində təhsilini davam etdirmişdir.
        Şahid müəllim əmək faliyətinə fəhlə kimi başlamışdır. 1989-94-cü illərdə Şuşa rayon elektrik şəbəkəsində iqtisadçı, 1995-97-ci illərdə Xocalı rayon 54 saylı yol istismar İdarəsində baş mühasib, 2003-cü ildən 2009-cu ilə kimi Kosalar kənd İcra nümayəndəliyində baş mühasib vəzifələrində çalışmışdır. 2010-cu ildən isə Kosalar kənd İcra nümayəndəsi vəzifəsində çalışır.
        Şahid müəllim kənd icra nümayəndəsi vəzifəsində çalışdığı müddətdə uğurlu fəaliyyəti ilə seçilmişdir. Təhsil və mədəniyyət müəssisələri ilə işin səmərəli təşkili sahəsindəki gördüyü işlər xüsusi ilə təqdirəlayiqdir. Hər şeydən öncə edilən müraciətlərin cavabsız qalmaması, əhalinin sözünü demək bacarığı ona xas xüsusiyyətlərdəndir.
        Məlum Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq Kosalar kənd sakinlərinin 60%-dən çoxu Gəncə şəhər Hacıkənd qəsəbəsində yaşayır. Bu baxımdan kənd idarə və strukturlarının 95%-i burada yerləşir. Qaçqınçılıq şəraitində olmasına baxmayaraq bütün müəssisələr öz fəaliyyətlərini uğurla davam etdirir.

        Müxtəlif əlamətdar günlər münasibəti ilə konsertlər və tədbirlər həyata keçirilir ki, bu sahədə başda Şahid müəllim olmaqla nümayəndəliyin, onun strukturlarının rolu təqdirəlayiqdir.   

Hiç yorum yok:

Yorum Gönderme