1 Kasım 2014 Cumartesi

K O S A L A R



          Coğrafi mövqeyi və təbii şəraiti. Kənd Qarabağda, Xankəndindən 8 km qərbdə, Şuşadan  şimal – qərbdə, Xocalıdan cənub–qərbdə dağlıq ərazidə yerləşir. Kənd Darçayın yaxası boyu dərə-təpə və yamaclar qoynunda salınmışdır. Dağların sərt təbiətinə uyğunlaşıb sinə gərən dağ adamları bu sıldırım yamaclarda isti od-ocaq, yurd-yuva sahibi olmuşdular.
       meyvəçilik üçün əlverişli idi. Kənddə geniş meyvə bağları mövcud olmuşdur. Soyuq bulaqlar, sıx çay şəbəkəsi kəndin xarakterik xüsusiyyətlərindən idi. Həmçinin meşələri və ətraf dağları zəngin flora və faunaya malik idi. 
 Ərazi əsasən dağlıq ərazi olduğu üçün əkin sahələri ilə az təmin olunmuşdur. Geniş çəmənliklərə malik idi. Daha çox
     İqlimi yayda sərin, səfalı, qışda isə sərt olurdu. Qış uzun çəkirdi (5-6 ay).


        Adının mənşəyi, yaranma tarixi.  Kəndin adı və ilk sakinləri ilə bağlı maraqlı məlumatlar vardır. Kəndin ilk sakinlərindən  biri də Hacı Avaz olmuşdur. Ona Kosa Avaz da deyərmişlər (“Kosa” seyrək saqqallı adamlara deyilir). Beləliklə, sonrakı nəsillər Kosalar adlandırılmış, kəndin adı da belə yaranmışdır.
        Kosalar kəndi qədim tarixə malik kəndlərdən biridir. Tarixi faktlar, araşdırmalar kəndin 700 illik tarixə malik olduğunu sübut edir. Bunu təsdiq edən tapıntılar az deyildir. Əksinə, kəndin daha da qədim tarixə malik olduğunu göstərir.
        Maraqlı xüsusiyyət ondan ibarətdir ki, bütün elmi ədəbiyyatda Kosalar adı nümayəndəlik yerləşən kəndin adı kimi getsə də, kənd əhalisi bunu ümumi ad kimi qəbul edirlər. Eyni zamanda, Kosalar kənd sakinləri öz yaşadıqları ərazini ”Beşdəlilər” , “Tərifdaş” kimi də adlandırırlar. Hər halda nümayəndəliyə daxil olan altı kəndən əhalisi “Kosalar” adını ümumi ad kimi qəbul edirlər.

        Müasir tarix (erməni təcavüzü). Torpaqlarımıza qarşı erməni qəsbkarları təcavüzə başlayan gündən, Kosalar kəndindən olan könüllülər özünümüdafiə dəstələri yaratdılar. Münaqişə başlayan ilk vaxtdan Qarabağın bütün ərazilərində olduğu kimi, Kosalar kəndində də əhalinin əlində olan ov silahları yığılmışdır. Buna baxmayaraq, özünümüdafiə dəstələri ayrı-ayrı rayon və hərbi hissələrdən özləri üçün döyüş silahları təmin edərək  kəndin müdafiəsini təşkil etdilər. Döyüşlərdə şəhid olan, yaralanan və itkin düşən olmasına baxmayaraq, igid oğullarımız öz vətənini düşmənə vermədi. Öz itkisindən çox düşmənə itki verdi. Belə igid kənd oğullarından Həsənov Tabil “Azərbaycanın Milli Qəhrəmanı” (ölümündən sonra) adına layiq görülmüş, Rüstəmov Eldar (ölümündən sonra), Ağayev Rasim (ölümündən sonra), Abdullayev Mahir (ölümündən sonra) isə “İgidliyə görə” medalı ilə təltif olunmuşlar. Göründüyü kimi, kəndi “Qəhrəman kənd” adlandırmaq olar.
      1992-ci il may ayının 8–də Şuşa şəhəri erməni qəsbkarları tərəfindən işğal olundu. Bu xəbər kəndə mayın 9-da çatanda əhalinin son ümid çırağı da söndü. Çünki, kənd müdafiəçilərinin ərzaq, silah-sursat ilə təminatında Şuşa yeganə ümid yeri idi. Belə ki, Xocalı, Xankəndi işğal olunmuşdur. Şuşanın işğalı isə kəndin mühasirəyə düşməsinə gətirib çıxardı. Qız-gəlini çıxarmaq ümidi ilə Kosalar, Cavadlar, Başkənd, Yaloba, Canhəsən, Qaragav (Kosalar kənd nümayəndəliyi) döyüşçüləri Laçın istiqamətində geri çəkilməyə hazırlaşdılar. Artıq ermənillər bu istiqamətdə də hərbi texnika çıxardı. Əsas yolları nəzarətə götürdü. Burada da itkilər çox oldu. Məcbur olan əhali apara bilmədiyi texnikaya və daşınılmaz  əmlaka  (düşmənə qalmasın deyə) od vuraraq dağlarla kəndi tərk etməyə məcbur oldular.   

      Tarixi memarlıq abidələri. Ərazidə mövcud olan  qədim qəbir abidələri buranın qədim yaşayış məntəqəsi olduğunu sübut edir. Eyni zamanda tarixi məlum olmayan, araşdırılmamış tikinti qalıqları mövcud idi. Təsadüfi qazıntılar zamanı müxtəlif əşyalar tapılırdı.

      Əhalisi (sayı, milli tərkibi). Kosalar kəndində 177 ailə, 629 nəfər sakin yaşayırdı.  Əhalinin etnik tərkibi yalnız azərbaycanlılardan  ibarət idi. Kənd əhalisi arasında ziyalılar çoxluq təşkil edir. Onlar müxtəlif sahələrdə təmsil olunur. Elm və təhsil sahəsindəki nailiyyətləri təqdirəlayiqdir.
   
     Elm, mədəniyyət, maarif, tibb ocaqları. Kənddə 1 məktəb, 1 ibtidai məktəb, 5 kitabxana, 2 klub, 1 mədəniyyət evi, 1 həkim ambulatoriyası mövcud idi.
   

     İqtisadiyyat. İşğaldan əvvəl kollektiv təsərrüfat mövcud idi.  Bununla yanaşı, əhali hökumətdən gizli olaraq (Sovet dövründə şəxsi təsərrüfata geniş yer verilmirdi). şəxsi təsərrüfata da malik idi. Əhalinin sosial vəziyyətinin yüksəldilməsində şəxsi təsərrüfat aparıcı rol oynayırdı. Belə təsərrüfatlara kənd təsərrüfatının əkinçilik və maldarlıq olmaqla  hər iki qolu aid idi. Geniş otlaq sahələrinin olması heyvandarlığı daha da gəlirli sahəyə çevirirdi.

Hiç yorum yok:

Yorum Gönderme