3 Kasım 2014 Pazartesi

Kosalar adının mənşəyi, yaranma tarixi

       
          Kəndin adı və ilk sakinləri ilə bağlı maraqlı məlumatlar vardır. Kəndin ilk sakinlərindən  biri də Hacı Avaz olmuşdur. Ona Kosa Avaz da deyərmişlər (“Kosa” seyrək saqqallı adamlara deyilir). Beləliklə, sonrakı nəsillər Kosalar adlandırılmış, kəndin adı da belə yaranmışdır.
        Kosalar kəndi qədim tarixə malik kəndlərdən biridir. Tarixi faktlar, araşdırmalar kəndin 700 illik tarixə malik olduğunu sübut edir. Bunu təsdiq edən tapıntılar az deyildir. Əksinə, kəndin daha da qədim tarixə malik olduğunu göstərir.

        Maraqlı xüsusiyyət ondan ibarətdir ki, bütün elmi ədəbiyyatda Kosalar adı nümayəndəlik yerləşən kəndin adı kimi getsə də, kənd əhalisi bunu ümumi ad kimi qəbul edirlər. Eyni zamanda, Kosalar kənd sakinləri öz yaşadıqları ərazini ”Beşdəlilər” , “Tərifdaş” kimi də adlandırırlar. Hər halda nümayəndəliyə daxil olan altı kəndən əhalisi “Kosalar” adını ümumi ad kimi qəbul edirlər.

Hiç yorum yok:

Yorum Gönderme