9 Kasım 2014 Pazar

Kosalar kəndinin baməzə adamları


      Xanlar Ələkbər oğlu həm baməzə, həm də dəllal olub. O, atın yalını, quyruğunu qırxaraq, azı dişini çəkərək dayça əvəzinə satarmış.
      Xanlar kişi Çayqovuşanda dəyirman işlədərdi. Bir gün yolla köç dağa gedirmiş, Xanlar kişi (bir gözü kor idi): “Burada bir yaxşı cins kor ayğır var, yaxşı madyanınız varsa, onunla çəkdirin”- deyir. Gəlib görürlər ki, özünü deyir.

      Xanlar kişi bir dəfə bazara satmaq üçün at aparır. Bu an bir adam gəlir, sövdələşirlər. Xanlar kişi ona deyir: “Keçirdim öz çırağımı, yandırdım sənin çırağını (öz-özünə bu gecə mən çıraq yandırdım, innən belə sən yandırarsan)”.
       Sən demə at qoca və ölüntü imiş. Həmin axşamda, Xanlar kişi tövlədə çıraq yandırıbmış ki, at avxura düşüb ölməsin. Səhərdə atın yalını, quyruğunu qırxaraq dayça adına ona satır...

٭٭٭

       Həsənov Nəriman da baməzə insanlardan olub. O, bir dəfə Çayqovuşanda dəyirmanda işləyərkən bir neçə qadın yolla keçirmiş. Qadınlardan biri zarafat üçün soruşur: “Nəriman dayı bax gör hansımız yaxşıyıq (yəni kökük)”. Nəriman kişi söz altda qalmayaraq deyir: “Bala Vallah əlləməsəm  bilmərəm”

٭٭٭

       Surxay (ləqəbi Sibir) Səməd oğlu. Başkənddə Suqra adlı gözəl bir qadın var imiş. O, bir neçə dəfə ərdə olmuşmuş. Bir gün toyda oyun havası sifariş edir: ““14-ü”  çal” deyir. Surxay kişi yerdən deyir: “Az 14 olmaz, çox olar.”

       Fərhad kişi Surxay kişiyə deyir: “Sən öl Surxay arvad bir şey göndərmişdi (öz üstünü axtarır) salıb itirdim.” Surxay kişi söz altında qalmayaraq deyir: “O itiriləsi şey deyil, yolda yemisən”.

٭٭٭

       Qara Tağı oğlu Bəbiş. Zeynal kişi Bəbiş kişinin qapısına gedərək deyir: “Bəbiş dayı gəlmişəm motala bir keçi dərisi verəsən”. Bəbiş kişi deyir: “Ə bala gəl bir çay iç, çətin deyil, Tamaşa xalana deyərəm verər”. Bəbiş kişi arvadı alt evə göndərir: “Get o dərini gətir”. Arvad kor peşiman qayıdaraq, deyir: “A kişi dəri zad yoxdur”. Bəbiş kişi deyir: “A bala Zeynal, qurudur, gərək istağa qoya, istağa qoysun, gəl apar”.

٭٭٭

       Abış Quliyev ata minərkən xurcunu öz çiyninə salarmış. Deyəndə ki, Abış dayı xurcunu nə üçün atın belinə salmırsan. Deyərmiş ki: “Ağrın alım  elə deyirəm ata ağırlıq düşməsin”.

       Bir dəfə də at yedəyində Hacı talasından evə doğru gəlirmiş. Laçından olan məşhur bir oğru atın noxtasını çıxararaq onu aparır. Abış kişi cilovu sürüyə-sürüyə evə gəlir, kənddə görür ki, at yedəyində yoxdur. 

Hiç yorum yok:

Yorum Gönderme