3 Kasım 2014 Pazartesi

Kosalar adının etimalogiyası


        Kəndin adı və ilk sakinləri ilə bağlı maraqlı məlumatlar vardır. Kəndin ilk sakinlərindən  biri də Hacı Avaz olmuşdur. Ona Kosa Avaz (“Kosa” seyrək saqqallı adamlara deyilir)  da deyərmişlər. Beləliklə, sonrakı nəsillər Kosalar adlandırıla, kəndin adı da belə yarana bilərdi.
       Azərbaycanın bir çox bölgələrində, o cümlədən qədim yurdumuz Borçalı mahalında  Kosalar adlı yaşayış məntəqələri mövcuddur (aşağıdakı cədvələ bax).

Yaşayış məntəqəsinin adı.
Hansı kənd nümayəndəliyinə daxildir.
Hansı rayona daxildir.
Kosalar k.
Kosalar k.
Xocalı
Kosalar k.
Göytəpə k.
Ağdam
Kosalar k.
Kosalar k.
Qazax
Kosalar k.
Kərmətük qəsəbə Nüm.
Lənkəran
Kosalar k.
Qosmalan
Lerik
Kosalar k.
-------------
Laçın
Kosalar k.
-------------
-------
(Türkiyə, Şərqi Anadolu)
Kosalar k.
Ağbulaq ərazi.
-------(Gürcüstan, Borçalı)
Kosalı k.
-------------
Qardabani (Gürcüstan)
Kosakan (lar) k.
Cahangirbəyli
Zəngilan
Kosagül k.
Banbaşı
Masallı
Kosacan k.
Siyaqut
Şərur
          
          Bəzi yaşayış məntəqələrinin adlarındakı sonluqlarda fərq olsada, əslində adlar eyni kökdəndir. Maraqlıdır, hələ bizə məlum olan bu yaşayış məntəqələri (ola bilsin ki, qədim Qərbi, Cənubi Azərbaycan, yaxud da ki, digər bölgələrimizdə belə adlı yaşayış məntəqələri vardı) tarixi Azərbaycan torpaqları boyunca səpələnmişdir. Bu yerdə həmin adın etimalogiyası bizi düşünməyə vadar edir. Xocalı rayon Kosalar kəndinin adı ilə bağlı ehtimalı xatırlayaq. Bəs onda digər yer adlarının adı hardandır? Bu sahədə müxtəlif fərziyyələr yürütmək olar. Ancaq bir fakt mövcuddur ki, bu ad Türk mənşəlidir və bu məntəqələr qədim Azərbaycan yaşayış məskənləridir. Baxmayaraq ki, bədnam qonşularımız, ermənilər “Kosa” sözünün sonuna “kan” hissəciyi artırmağa cəhd etmişlər. Bu nə adın mənasını, nə də  ki, kənd əhalisinin mənşəyini dəyişə bilməz.  
         Kəndimizdə əhalinin məskunlaşması ilə əlaqədar bir neçə fərziyyə mövcuddur. Bunlardan biri Laçının Kosalar kəndindən gələnlərlə əlaqələndirilməsidir. Ancaq bu, bir o qədər də ağılabatan deyil. Əhalinin oradan köçüb eyni şəraitə malik əraziyə gəlməsi  ideyası bir o qədər də özünü doğrultmur. Başqa bir məlumatda bildirilir ki, kənd əhalisi Qazağın Kosalar kəndindən gəlmişdir.
         Tariximizin vərəqlərini bir-bir səhifələdikcə görürük ki, gürcülər tez-tez Azərbaycan sərhədlərini pozardılar. Nəticədə çoxlu adam qaçıb canını onların basqınlarından qurtarmışlar  (mənbələrin məlumatına görə Türk soylu Qazax tayfası XI-XII əsirlərdə Azərbaycanın şimal-qərb torpaqlarında məskunlaşmışdılar. XVIII əsrin əvvəllərində bir hissəsi Qarabağa köçmüşdür). Bu ehtimallar da özlüyündə sübutunu tapmamış bir fərziyyədir.
          Bütün göstərilən maraqlı tarixi faktlara baxmayaraq, Kosalar kəndi qədim tarixə malik kəndlərdən biridir. Tarixi faktlar, araşdırmalar kəndin 700 illik tarixə malik olduğunu sübut edir. Nəsil şəcərələrini izlədikcə bir daha buna əmin olursan. Demək heç də burada əhalinin məskunlaşmasını XVIII əsrə aid etmək doğru olmazdı. Əhali burada köklü tarixə malikdir. Bunu təstiq edən tapıntılar az deyildir. Əksinə, kəndin daha da qədim tarixə malik olduğunu göstərir.
          Təpə adlanan yerdə tikinti işləri aparılan zaman və Balaqan adlanan yerdə əkin zamanı tapılan küplər, mis, gümüş qurşaqlar, mis qablar,
gil qablar və s. tapıntılar, eyni zamanda müsəlman adət-ənənəsinə uyğun qədim Oğuz qəbir abidələri kəndin qədim Oğuz-Azərbaycan yurdu olduğunu sübut edir. Bu qəbir abidələrinin üzərində yazılar olmasa da, qeyd etdiyimiz kimi dəfn üsulu bu qəbirlərin babalarımıza, həm də çox keçmişdə yaşayan ulu babalarımıza aid olduğunu göstərir.
              Əhalinin haradan gəlib, nə zaman məskunlaşmasından asılı olmayaraq, biz o yerlərdə doğulmuş, böyümüş, öləndə də o yerlərdə ölməliyik. İnsanın doğulduğu yer onun anasıdır, onun üçün müqəddəsdir.                                                                                                                       
         

Hiç yorum yok:

Yorum Gönderme