10 Kasım 2014 Pazartesi

Məmmədov Aqil


     
          Məmmədov Aqil Kamran oğlu, 10 aprel 1973-cü ildə Xankəndi rayonunun Kosalar kəndində anadan olmuşdur. O, 1980-1990-cı illərdə Kosalar kənd orta məktəbində təhsil almışdır. Məktəb illərində fəallığı ilə seçilən Aqil, müxtəlif məzmunlu olimpiadalarda daim ön yerləri tutub. O, həmçinin məktəbdə “Komsomol gənclər təşkilatı”nın sədri olub.
     Aqil 1990-cı ildə N.Nərinanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsinə daxil olur, 1995-ci ldə həmin fakültəni bitirir. Burada da o, fəallığı ilə  seçilir.  
     1995- ci ildən 1996-cı ilə kimi, indiki Göygöl rayon Mərkəzi Xəstəxanasında həkim- stomatoloq işləyib. 1996-cı ildən Meşəli kənd  Həkim Amblatoriyasının həkimi, 2005-ci ildən Kosalar kənd Həkim Amblatoriyasının baş həkimidir.
          Səhiyyə sahəsindəki xidmətlərinə görə 2011-ci il 16 iyun tarixdə Cənab Prezidentimiz İlham Əliyev tərəfindən “Tərəqqi medalı” ilə təltif edilib. Aqil həkim könüllü olaraq, torpaqlarımızın müdafiəsində iştirak edən insanlardan biri  olmuşdur.
       Bununla yanaşı, Aqil həkim 1986-cı ildən dövrü mətbuatda publisistik yazıları və şeirləri ilə çıxış edir. O, həmçinin  “Düşmən tapdağında qalan Kosalar”(2004) və “Zirvənin qanlı şəfəqi” (2006) adlı kitabların müəllifidir. Şeirlərinə 2005-ci ildə “Sənsiz” adlı audio albom buraxılmışdır.  Aqil həkim Azərbaycan Respublikası Jurnalistlər Birliyinin üzvü, “Xocalının səsi” qəzetinin bölgə müxbiridir.
      Mətbuat sahəsindəki xidmətlərinə görə dəfələrlə Xocalı rayon İcra başçısı, “Xocalının səsi” qəzetinin redaksiya heyyəti tərəfindən fəxri-fərmanlara layiq görülüb.
      Aqil həkim həmçinin gözəl şeirləri ilə də dövri mətbuatda çıxış edir. Yaradıcılığında Vətən, yurd həsrətli şeirləri üstünlük təşkil edir.

Hiç yorum yok:

Yorum Gönderme