3 Kasım 2014 Pazartesi

Məmmədov Kamran


          Məmmədov Kamran Cümşüd oğlu, 1940-cı il may ayının 9-da Xankəndi rayonunun Kosalar kəndində anadan olub. 1947-ci ildə Kosalar kənd (Başkənd kənd) ibtidai məktəbinə gedib. O vaxt məktəbin müəllimi və rəhbəri Malbəylidən olan Alxanov Qulam idi. 1958-ci ildə Kosalar kənd 7 illik məktəbini bitirib. Təhsilini 1958-60-cı illərdə  Xankəndi şəhər 4 saylı orta məktəbində davam etdirmişdir. Orta məktəbi əla qiymətlərlə bitirərək,  1960-cı  ilin oktyabrında hərbi xidmətə yola düşür. Əsgəri xidməti Başqırdıstanın Ufa şəhərində Aviasiya hərbi hissəsində keçirir. O, orda həm də mexanik-elektrik təlimi alır. 1961-ci ildən xidmət üçün və ixtisası üzrə işləmək üçün Kürdəmir rayonuna Aviabazaya göndərilir. 1962-ci ildə hərbi xidməti bitirərək, doğma kəndinə qayıdır.
     1962-ci ilin sentyabrında Şuşa Kənd Təsərrüfatı Texnikumuna “zootexnik” ixtisası  üzrə daxil olur. 1967-ci ildə oranı bitirir. 1963-65-ci illərdə Şuşa Kənd Təsərrüfatı Texnikumunda komsomol təşkilatında sədr işləyib. 1967-73-cü illərdə Kosalar kolxozunda süd-əmtəə fermasında briqadir işləyir. 1973-87-ci illərdə kənddə anbardar vəzifəsində işləmişdir. 1987-ci ildən Kosalar kənd Xalq Deputatları Sovetində katib vəzifəsində işləmişdir. 1987-91-ci illərdə Kosalar kənd yerli Zəhmətkeş Deputatları Sovetinin deputatı olub. Kosalar kənd sovetliyində katib vəzifəsində çalışmışdır.  1992-ci ildən qurumun adı dəyişdirilmiş, kənd İcra Numayəndəliyi adlandırılmışdır. Kamran kişi nümayəndəlikdə müavin kimi əvvəlki işini davam etdirməyə başlamışdır.

            2008-ci ildə isə bu qocaman əmək insanı öz ərizəsi ilə təqaüdə çıxmışdır.

Hiç yorum yok:

Yorum Gönderme