3 Kasım 2014 Pazartesi

Müasir tarix (erməni təcavüzü).

    Torpaqlarımıza qarşı erməni qəsbkarları təcavüzə başlayan gündən, Kosalar kəndindən olan könüllülər özünümüdafiə dəstələri yaratdılar. Münaqişə başlayan ilk vaxtdan Qarabağın bütün ərazilərində olduğu kimi, Kosalar kəndində də əhalinin əlində olan ov silahları yığılmışdır. Buna baxmayaraq, özünümüdafiə dəstələri ayrı-ayrı rayon və hərbi hissələrdən özləri üçün döyüş silahları təmin edərək  kəndin müdafiəsini təşkil etdilər. Döyüşlərdə şəhid olan, yaralanan və itkin düşən olmasına baxmayaraq, igid oğullarımız öz vətənini düşmənə vermədi. Öz itkisindən çox düşmənə itki verdi. Belə igid kənd oğullarından Həsənov Tabil “Azərbaycanın Milli Qəhrəmanı” (ölümündən sonra) adına layiq görülmüş, Rüstəmov Eldar (ölümündən sonra), Ağayev Rasim (ölümündən sonra), Abdullayev Mahir (ölümündən sonra) isə “İgidliyə görə” medalı ilə təltif olunmuşlar. Göründüyü kimi, kəndi “Qəhrəman kənd” adlandırmaq olar.
      1992-ci il may ayının 8–də Şuşa şəhəri erməni qəsbkarları tərəfindən işğal olundu. Bu xəbər kəndə mayın 9-da çatanda əhalinin son ümid çırağı da söndü. Çünki, kənd müdafiəçilərinin ərzaq, silah-sursat ilə təminatında Şuşa yeganə ümid yeri idi. Belə ki, Xocalı, Xankəndi işğal olunmuşdur. Şuşanın işğalı isə kəndin mühasirəyə düşməsinə gətirib çıxardı. Qız-gəlini çıxarmaq ümidi ilə Kosalar, Cavadlar, Başkənd, Yaloba, Canhəsən, Qaragav (Kosalar kənd nümayəndəliyi) döyüşçüləri Laçın istiqamətində geri çəkilməyə hazırlaşdılar. Artıq ermənillər bu istiqamətdə də hərbi texnika çıxardı. Əsas yolları nəzarətə götürdü. Burada da itkilər çox oldu. Məcbur olan əhali apara bilmədiyi texnikaya və daşınılmaz  əmlaka  (düşmənə qalmasın deyə) od vuraraq dağlarla kəndi tərk etməyə məcbur oldular.    

Hiç yorum yok:

Yorum Gönderme