1 Kasım 2014 Cumartesi

Uzunömürlülər

                                                            
       Kosalar uzunömürlülər diyarıdır. Bağışlayın, Kosalar uzunömürlülər diyarı idi. Bəlkə yenə də səhv edirik bu indidə belədir. Ancaq bizim üçün yox, düşmən üçün: Onlar bu yurdun suyunu içərək, daha da çox və sağlam yaşayırlar, ancaq biz isə yurd həsrətindən, itkilərimizin qübarından və daha başqa səbəblərdən ömrümüzü tez başa vururuq. 20 ildə qəbiristanlıqda uyuyanlarımızın sayı kənd sakinlərinə çatha-çatdadır. Acınacaqlısı odur ki, ildən-ilə orta ömür aşağı düşür.
       Ancaq bir vaxtlar belə idi:
       Quliyev Həmid – 130 il;
       Hümbətova Güldəstə -112 il (1897- 2009);
       Hümbətov Mirzalı - 102 il (1880 – 1982);
       Bağırova Əsiyə;
       Qara Tağı;
       Güllü nənə

100 ildən artıq ömür sürmüşlər bu dünyada (diqqət yetirin adı çəlkilənlər yüzdən artıq yaşayıblar. Nəzərə alsaq ki, faktlarla araşdıra bildiklərimizdir bunlar və 100 yaşdan aşağı yaşayan uzunömürlülərimizi demirik, bu böyük göstəricidir), bu gəlimli-gedimli dünyanın ulu gərdişinə bələd idilər. Ermənilərin xalqımıza qarşı törətikləri yüzlərlə qırğının şahidi idi onlar. Sovet hakimiyyəti dövründə onlar deyirdilər, başa salırdılar bizi ki, düşmənimizi tanıyaq. Ancaq biz onların xəbərdarlıqlarına, bizi ayıltmalarına heç bir məhəl qoymadan sovetlərin bədnam “Xalqlar dostluğu” ideyası ilə yaşayırdıq. Bu bitməz-tükənməz yuxudan ayılmaq bilmirdik. Lakin indi onların nə demək istədiyini anlayırıq, anlayırıq ancaq sonradan özümüzəqayıdışın bizə heç bir faydası olmayacaq. Bu yerdə ermənilər deyərdilər: “Müsəlmanın sonrakı ağlı bizdə olsaydı...” 

Hiç yorum yok:

Yorum Gönderme