1 Kasım 2014 Cumartesi

Yaloba tarix diyarşunaslıq muzeyi

         

             Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Kosalar kənd nümayəndəliyinə daxil olan Yaloba kəndində tarix diyarşunaslıq müzeyi yaradılmışdır. Bu muzey təşkil olunduğu ilk gündən səmərəli fəaliyyəti ilə seçilib. Qısa müddətdə yerləşdiyi bina muzey üçün uyğunlaşdırılmışdır. Ancaq muzey işi çox maraqlı, eyni zamanda çətin işdir. Çünki eksponatların tapılaraq toplanması, əhalidən yığılması xüsusi diqqət və qayğı tələb edən bir işdir. Götürsək ki, ekisponatların alınması üçün elə də böyük vəsait ayrılmırdı, onda müzeyin direktoru Məmmədov Tofiqin fədakar əməyini qiymətləndirə bilərik. Ağdam-Şuşa yolunda yaranan gərgin vəziyyət, yolların bağlanması, gediş-gəlişin çətinləşməsi peşəsinə bağlı olan Tofiq Məmmədovu heç vaxt qorxutmamışdır. Hələ müharibənin qızğın vaxtında Tofiq müəllim sanki heç nə olmamış kimi səylə müzeyin təşkili ilə məşğul olurdu. Onda əməyə, peşəsinə bağlılıq o qədər güclüdür ki, hər cür çətinliyə sinə gələrək işinin öhtəsindən məharətlə gəlmişdir. Bu fədakər əməyin nəticəsidir ki, müzeyə daxil olanda sanki səni alıb uzaq keşmişlərə götürür. Kosalar kəndi uzun tarixi keçmişə malik olan bir kənddir. Keçmişimizlə bağlı maddi mədəniyyət nümünələrimiz zənginliyi ilə diqqəti cəlb edir.
Ancaq bunları toplayaraq bir araya gətirmək və şöbələr üzrə təşkil etmək xüsusi bacarıq tələb edən bir işdir. Tofiq müəllim bu işin öhdəsindən məharətlə gələn bir şəxsdir. Xüsusi ilə erməni terorunun, hücumlarının tüğyan etdiyi həmin vaxtlarda maddi-mədəniyyət nümünələrimizin toplanması və bizim hansı mədəniyyətə sahib olduğumuzu subut etmək torpaqlarımızı qorumaq qədər şərəfli bir işdir. Belə bir vaxda tariximizi yaşadan Tofiq kimi övladları xalq heç zaman unutmayacaq.


          Kosalar kəndi tarixliyi ilə özlüyündə bir müzey idi. Təəssüflər olsun ki, bizim bu müzeyimizlə yanaşı Tofiq Məmmədovun şəxsi fədakarlığının bəhrəsi olan Yaloba tarix diyarşunaslıq müzeyi də erməni vəhşiliyinin qurbanı oldu. Kosalar kəndi erməni quldurları tərəfindən işğal olundu. Kosalar kənd strukturları da əhalisi kimi qaçqınçılıq həyatına qədəm qoydu. Kosalar kənd infrastrukturu əsasən Gəncə şəhər Hacikənd qəsəbəsində yerləşdirilmişdir. Muzey də burada ikinci həyatına qədəm qoymuşdur. Tofiq heç bir çətinliyinə baxmayaraq bütün məhrumiyyətləri göz ardına alaraq muzeyi yenidən qurub yaratdı. Hazırda müzey 3 otaqdan ibarət uyğunlaşdırılmış binada öz fəaliyyətini bərpa etmişdir. Ancaq içəri daxil olanda insana yüksək səviyyəli təchizata malik olan muzey təəssüratı bağışlayır. Qətiyyətlə demək olar ki, yenidən doğma torpağa qədəm basacağımız halda Tofiq müəllim bu muzeyi üçüncü dəfə yenidən təşkil edəcəkdir. Həm də əvvəlkindən daha möhtəşəm, daha təmtəraqlı və heç bir maliyyə yardımını, dövlət qayğısın gözləmədən!

Hiç yorum yok:

Yorum Gönderme