4 Aralık 2014 Perşembe

I Qarabağ müharibəsinin iki fəal döyüşçüsünün görüşü bizim qələbəyə olan inamımızı bir daha artırdı.

           21 iyul 2014 - cü il tarixdə 1 – ci Qarabağ müharibəsinin iki fəal iştirakçısı tankçı Vahid Quliyev və tağım komandiri Tofiq İbrahimovun Oğuz rayonunda görüşü oldu. Bu görüş onların 1992 – ci il 9 may Kosalar kəndinin işğalından sonra ilk görüşü idi. Doğma el – obadan ayrı düşən, ürəkləri Vətən dərdi ilə yanan, Kosalar uğrunda gedən döyüşlərdə böyük sücaət və qəhrəmanlıq göstərən bu iki insan Oğuz rayonun Calut kəndində doğma Kosalar kəndində yaşanan xatirələri və Vətənin ağır günlərini yad etdilər. Onlar söhbət əsnasında Kosalar kəndinin qəhrəman kənd olduğunu, düşmənin dəfələrlə hücumu zamanı layiqli cavabının verildiyinindən danışdılar. Bu iki vətənpərvər döyüşçünün o günləri yad edərkən döyüşlərin təəssüratlarını, doğma el – oba üçün nə qədər həsrət çəkdiklərini və xain düşmənə olan nifrət və qisas almaq hisslərini hiss etmək olurdu. 
     
        Vahid Quliyev və Tofiq İbrahimov Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bu gün çox güclü olduğunu və ordumuzun düşmən üzərində qələbə çalacağına əmin olduqlarını bildirdilər. Ali Baş Komandan döyüş əmri verərsə Vətən torpaqları uğrunda yenə mübariz döyüşəcəklərinə söz verdilər.
         Onların örnək döyüş həyatı və bu günki ruh yüksəkliyi bizim düşmən üzərində qələbə qazananacağımıza olan inamımı bir daha artırdı. Biz döyüşkən millətin gəncləriyik!                         
        

Hiç yorum yok:

Yorum Gönderme