8 Aralık 2014 Pazartesi

Kosalar kəndi erməni planında


        Bədnam qonşularımız Kosalar kəndinin məhvinə XX əsr ərzində bir neçə dəfə cəhd göstərmişlər. Ancaq onların bu planları dəfələrlə iflasa uğramışdır. Əsrin əvvəllərində kəndi köçürməyə bir neçə dəfə cəhd etmişdilər. 1976-cı ildə Keçmiş DQMV partiya komitəsinin qərarına əsasən Kosalar kəndi Xankəndinin 2 km-likdə yerləşən “Xoruz təpə” adlı əraziyə köçürülməli idi. Ermənilərin bu məkrli planları da boşa çıxmışdır.
       Bu aqibəti Çayqovşan kəndi bir dəfə yaşamışdı. Onun əhalisi bu ərazidən köçürülmüşdür. Bəhanə bu yaşayış məntəqəsinin Xankəndinə çəkilən su kəmərinin sutoplayıcı ərazisində yerləşməsi idi. Kosaların köçürülməsi üçün də eyni ssenaridən istifadə etməyə çalışırdılar. Ancaq Kosalar camaatının qətiyyətliliyi o zaman onların planlarının baş tutmasına imkan vermədi.
      Ermənilər Laçın rayonu ərazisindən keçməklə Ermənistana qısa məsafəli yol çəkmək üçün Çayqovuşan kəndi kimi Qaragavı da köçürmək üçün  məkrli planlar hazırlayırdılar. Ancaq əhali doğma torpaqları atıb getməyi xəyallarına belə gətirməmişdi.
      1988-сi ilə qədər Qarabağla Laçın arasında əlverişli strateji-coğrafi mövqedə yerləşən Kosalar sovetliyinin ərazisinə sahib olmaq üçün dəfələrlə müxtəlif səviyyələrdə məsələlər qaldırsalar da əhalinin qətiyyəti sayəsində onlar bu məqsədə nail ola bilməmişlər.     


Hiç yorum yok:

Yorum Gönderme