8 Aralık 2014 Pazartesi

Kosalar kəndi represiya illərində

           Azərbaycan xalqına qarşı törədilən faciələr, qırğınlar, sürgünlər  bitmək bilmir.  Hələ ən dəhşətli faciəmiz qabaqda idi. 1937-1939-cu illər Azərbaycan xalqının başına gətirilən represiya Kosalar kəndindən də yan keçməmişdir. Kənddə az, çox dünyagörüşlü, savadlı adamları “Kulak”a salıb sürgün edirdilər.  Kənddən 25 nəfər müxtəlif səbəblərdən; bir neçə arı saxladığına görə, müəyyən qədər ərzağa malik olduğuna görə, məhsul oğurluğu adı ilə şərlənərək sürgün və represiyaya məruz qalmışlar. Əgər bir kənddən, həm də əhalinin sayı elə də çox olmayan bir dövrdə bu qədər adam sürgünə göndərilmişsə, onda Respublikada represiyanın miqyasını müəyyən etmək çətin deyildir.
        Represiya qurbanları yaşayış üçün əlverişli olmayan Uzaq Şərqə, Sibirə, Qazaxıstana sürgün edilirdilər. Sürgünə göndərilələrin doğma yurdları ilə buranın iqlimi, mühiti arasındakı kəskin fərqlər ucbatından onların çoxu məhv oldu. Bir neçəsi geriyə dönüşün olmadığını anlayaraq, həyatlarını bu torpaqlara bağladılar. Sürgün olunanların içərisində bəxt üzlərinə gülənlər də oldu. Onlara yenidən vətənə qayıtmaq xoşbəxtliyi nəsib oldu. 

Kosalar Kənd Sovetliyində 1937-ci il represiyasına məruz qalanlar:

  1. Abdullayev Abduləli Abduləli o.
  2. Ağaməmmədov Məhəmməd
  3. Bağırov Məmmədbağır Vəli o.
  4. Həsənov Mikayıl Cəbrayıl o.
  5. Həsənov Nadir Cəbrayıl o.
  6. Həsənov Valeh İsmayıl o.
  7. Hümbətov Mirzalı Əhməd o.
  8. Quliyev Abdulhüseyn Heydər o.
  9. Quliyev Adil Cavad o.
  10. Quliyev Ağalar Abış o.
  11. Quliyev Əbülhəsən Heydər o.
  12. Quliyev Həmzə Məşədi Cavad o.
  13. Quliyev Murtuza Rza o.
  14. Quliyev Musa Heydər o.
  15. Quliyev Mirzə Rza o.
  16. Nəcəfov Nəcəf Bayraməli o.
  17. Nəcəfov Sarı Bayraməli o.
  18. Nəcəfov Usub Ələsgər o.
  19. Nəcəfov Zaman Ələsgər o.
  20. Nəcəfov Azad Ələsgər o.
  21. Nəcəfov Mahmud Ələsgər o.
  22. Rüstəmov Zülfüqar Tağı o.
  23. Rzayev Fərhad Murtuza o.
  24. Rzayev Murtuz Murtuza o.

       Bu illərdə haqsız yerə günahsız adamları haqsız olaraq dövlətə xəyanət etməkdə ittiham edərək ya güllələyiblər, ya da Uzaq Sibir və Qazağıstan çöllərinə sürgün ediblər.


Hiç yorum yok:

Yorum Gönderme