8 Aralık 2014 Pazartesi

Məhəmməd ağa Ataxan oğlu

        
       Sayılan kənd sakinlərindən biri də Kosalar, Ballıca, Xanbağı, Xocalı, Xənəzək və s. ərazilərdə mülkləri olan  Məhəmməd ağa olmuşdur. O, ucaboy, xasiyyətcə mülayim adam olmuşdur. Onu da qeyd etməliyik ki, Məhəmməd ağanın təsir gücünü həmişə ermənilər hiss etmiş, ondan qorxmuşlar. Bu barədə yaşlı adamlar çox danışırlar. Demək olar ki, onun Kosalar sakinləri ilə daim xoş münasibətləri və əlaqəsi olmuşdur. Sonralar ermənilər onu öz ev-eşiyindən didərgin etmişlər (1903).
         Məhəmməd ağa  Kosalara gələrək,  kənddən 3 km şimal-qərbdə özünə yeni iqamətgah salır. O, burada bir çox ərazilərin məskunlaşmasında əhaliyə kömək edir, öz mülklərindən onlara yer ayırırdı. Ölümündən sonra mülkləri baxımsız qalaraq dağılır. Ancaq son zamanlara qədər onun iqamətgahının qalıqları qalırdı və bu ərazilərə “Məhəmməd ağanın otağı”, “Məhəmməd ağanın evi” -deyə müraciət edirdilər.

        1905-1906-cı illər erməni-müsəlman davası ərəfəsində erməni quldur dəstələri Xənəzək kəndinə basqın edirlər. Məhəmməd ağanın bu kənddə gözəl imarətləri və bağları var idi. Erməni quldurları vəhşicəsinə bu imarətləri dağıtmış, bağlarını ağaclarını doğramış, evdə olan mal-dövləti qarət etmiş və üç yüz qoyununu aparmışlar. Məhəmməd ağanın nökərləri qaçıb canlarını xilas edə bilmişlər. Çoban isə onlardan qurtara bilməmişdi. Quldurlar onu vəhşicəsinə öldürmüşlər.  Xanəzək kəndi və Xanbağı da Əbrəxanovun mülkü idi. Məhəmməd ağanın orada tikdirdiyi ikimərtəbəli mülki var idi. Xənəzək kəndində onun evi indi də kafirlərə məktəb kimi xidmət edir. Xanbağında isə onun qış iqamətgahı, tut, alma, armud və s. meyvə bağları olmuşdur.

         Ağdərə də Məhəmməd ağanındır. Bu mülk atası Əbrəxanovdan ona miras qalmış, o isə oranı qızına cehiz vermişdir. 

Hiç yorum yok:

Yorum Gönderme