24 Ocak 2015 Cumartesi

İcra nümayəndəliklərində illik hesabat iclasları keçirilmişdir

16.01.2015-ci ildə Kərkicahan qəsəbə icra nümayəndəliyində illik hesabat iclası keçirilmişdir. İclası İH-nin şöbə müdiri Vaqif Ağayev açıq elan etdi məruzə üçün söz İN-si Dərgah Haqverdiyevə verildi.
 – Kərkicahan Xankəndi şəhər əhalisi respublikanın 42 rayon şəhərlərində məskunlaşmışlar. 01 yanvar 2015-ci il tarixə Kərkicahan qəsəbə əhalisi 625 təsərrüfatdan 2227 nəfərdən, Xankəndi şəhər əhalisi isə 495 təsərrüfatdan, 1826 nəfərdən ibarətdir. Kərkicahan qəsəbəsi üzrə təsərrüfatlardan 469 ailə tam, 156 ailə natamam ailələrdir. Qəsəbə üzrə şəhid ailələrinin sayı 31 ailə, şəhid olanlar 34 nəfərdir. Qəsəbə əhalisinin 1076 nəfəri kişilər, 1151 nəfəri isə qadınlardır.
Dərgah Haqverdiyevin geniş əhatəli məruzəsi diqqətlə dinlənildi gördüyü işlər qənaətbəxş hesab edildi.
Məruzə ətrafında çıxışlar oldu. Rayon təhsil şöbəsinin müdiri Şakir Əliyev, şöbə müdiri Vaqif Ağayev çıxış edərək məruzəyə münasibətlərini bildirdilər. İclas yüksək əhval-ruhiyyə ilə başa çatdı.
                                        ***


 12.01.2015-ci ildə Meşəli, 13.01.2015-ci ildə Jəmilli, 16.01.2015-ci ildə Kərkicahan, 21.01.2015-ci ildə isə Kosalar İcra nümayəndəliklərində illik hesabat iclasları keçirildi. Keçən il ərzində nümayəndəlikdə görülən işlər, qarşıda duran vəzifələr təhlil edildi.

Hiç yorum yok:

Yorum Gönderme