5 Ocak 2015 Pazartesi

KÖÇÜRÜLMƏ PLANLI, ARDICIL VƏ MÜTƏŞƏKKİL ŞƏKİLDƏ DAVAM EDİR



Hacıkənd qəsəbəsində məskunlaşan məcburi köçkünlər planlı, ardıcıl mütəşəkkil şəkildə Gəncə şəhərinin ətrafında 60 hektar sahəni əhatə edən 600 evə planlı, ardıcıl mütəşəkkil şəkildə köçürülürlər. Köçürülmə işində Xocalı rayon İH-nin başçısı Şahmar Usubov əməkdaşları yaxından iştirak edirlər. Yeni salınan qəsəbədə inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Eyni zamanda 50 yerlik uşaq bağçası da balaca sakinlərinin yolunu gözləyir.

Məcburi köçkünlər onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Qaçqın məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri, Nazirlər Kabinetinin müavini Əli Həsənova, Gəncə şəhər İH-nin başçısı Elmar Vəliyevə Xocalı rayon İH-nin başçısı Şahmar Usubova minnətdar olduqlarını bildirirlər

Hiç yorum yok:

Yorum Gönderme