19 Mart 2015 Perşembe

Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində xalqımızın milli bayramı olan Novruz Bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir.

    19.03.2015-ci il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı şəhər 4 saylı tam orta məktəbin həyətində xalqımızın milli bayramı olan Novruz Bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbri giriş sözü ilə açan Xocalı rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubov tədbir iştirakçılarını ürəkdən təbrik etmiş, gələn Novruz Bayramlarını öz doğma torpaqlarımızda-Qarabağımızda keçirilməsini arzulamışdır.  Tədbirdə milli xörəklərimiz bişirilmiş, xalqımızın mili adət-ənənələrinə uyğun səhnəciklər təşkil olunmuş, at yarışları keçirilmiş,  yumurta döyüşdürülmüşdür. Bayramın rəmzi olan Kosa ilə keçəlin iştirakı tədbirə xüsusi rəngarənglik qatmışdır. Tədbir musiqi kompazisiyası ilə davam etdirilmişdir.










































Hiç yorum yok:

Yorum Gönderme