8 Mart 2015 Pazar

Kosalar kənd tam orta məktəbi idman yarışlarında da nailiyyətlər əldə etməkdədir.

            Xocalı rayon Kosalar kənd tam orta məktəbi hər zaman təhsildə yüksək nailiyyətlər əldə etmişdir. Məktəbimiz həm bilik, həm də ki, idman yarışlarında uğurlu nəticələr göstərməkdədir. "05 Mart - Bədən tərbiyəsi və idman günü" münasibəti ilə yeniyetmələr arasında keçirilən Voleybol turnirində Xocalı rayon Kosalar kənd tam orta məktəbinin komandası II yeri tutduğuna görə Xocalı rayon Gənclər və İdman idarəsi tərəfindən fəxri fərmanla təltif edilmişdir.
          Arzu edirik ki, Kosalar kənd tam orta məktəbinin uğurları davamiyyətli  olsun.

Hiç yorum yok:

Yorum Gönderme