3 Mart 2015 Salı

Xocalı faciəsi ilə bağlı anım mərasimi keçirildi.

           Bu gün Gəncə şəhər ərazisində qaçqınlar üçün salınmmış 600 ailəlik qəsəbədə Xocalı rayon Kosalar kənd Mədəniyyət evində Xocalı faciəsi ilə bağlı anım mərasimi keçirildi. Xocalı rayon Kosalar kənd İcra Nümayəndəliyinin başçısı Şahid Rzayev tədbiri açıq elan etdi. Əvvəlcə Gəncə şəhərinin axundu Xocalı faciəsi və cəmi şəhidlərin ruhuna fatihə ayələri oxudu. Bundan sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Xocalı faciəsi haqqında geniş məlumat verdi. Xocalı rayon İcra Hakimiyyətinin şöbə müdiri Vaqif Ağayev  çıxışında faciənin analoqu olmayan soyqırım olduğunu qeyd etdi. Sonra söz şəhid ailələri adından Xocalı rayon Kosalar kənd sakini Zülfü Quliyevə verildi. O, çıxışında Ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə olan qayğısını diqqətə çatdırdı. Xocalı rayon Kosalar kənd tam orta məktəbinin fədakar müəllimi Səmayə Mirzəyeva geniş çıxış ederək Xocalı faciəsinin törədənlərinin cəzalandırılması üçün ölkə prezidenti Cənab İlham Əliyevin ətrafında birlik olmağımızın vacib olduğunu bildirdi.
          Tədbir məktəbli şagirdlərin və Gəncə Dram Teatrının incəsənət ustalarının hazırladığı  ədəbi - bədii kompazisiya ilə davam etdi. Sonra Xocalı soyqırımı, erməni vəhşilikləri haqqında nəşr olunmuş kitablardan və şagirdlərin faciəni əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxıldı. Anım mərasimi şəhidlərin ruhuna verilmiş ehsanla sona çatdı.






Hiç yorum yok:

Yorum Gönderme