7 Mayıs 2015 Perşembe

Ağdaş əməliyyatı


      Çobandaşaşıranda aldıqları məğlubiyyətin əvəzini çıxmaq üçün, əlavə qüvvələr hesabına güclənən erməni quldurları Ağdaş yüksəkliyinə hücum edərək oranı tutdular. Onlar bir neçə yerdə post təşkil edərək 6 böyük çadır qurdular. Ermənilər burada  möhkəmlənməyə çalışırdılr. Bu baş tutsaydı, onlar buraya texnika çıxara bilsəydilər, onda Kosalar müdafiə oluna bilməyəcəkdi. Kənd üçün bu yolverilməz idi, vəziyyəti yaxşı başa düşən kənd sakinləri uşaqdan-böyüyə ayağa qalxmışdılar. Əlavə kömək almaq üçün Kosalar özünümüdafiə dəstəsinin komandiri Quliyev Mehman kömək üçün Şuşa polis şöbəsinə müraciət etdi. Ancaq müdafiə naziri Rəhim Qazıyev bunu eşidəndə qəti etirazını bildirdi. Hücuma keçməmək barədə qəti xəbərdarlıq etdi. Lakin Kosaların taleyi həll olunurdu. Buna görə özünümüdafiə batolyonu heç bir xəbərdarığa məhəl qoymdan qəti hücuma hazırlaşdı.
         Kosalar döyüşçülərinə məlum olmuşdu ki, mart ayının 30-da ermənilər kəndə hücum edəcəklər. Bu hücumu gözləmədən qabaqlayıcı tədbirə əl ataraq, özləri 1992-ci il mart ayının 29-da Xankəndi istiqamətinə hücum edərək 70-ə qədər erməni quldurunu məhv etdilər.
      
 1992-ci il mart ayının 28-də gecə düşəmənin zərbə mövqelərini müəyyənləşdirmək üçün T.Həsənov, S.Məhərrəmov və R.Həsənovdan ibarət kəşfiyyat qrupu göndərildi. Onlar öhdələrinə düşən vəzifəni çətinliyinə baxmayaraq dəqiqliklə yerinə yetirdilər. Kəşfiyyatçılar düşmənin mövqelərini, çadırlarını, təxmini saylarını, hansı isdiqamətdən hücumun mümkünlüyünü müəyyənləşdirdilər. Bütün bu məlumatlar əsasında səhər saat 5-də özünümüdafiə dəstələri düşmən üzərinə hərəkət etdilər. Döyüş axşam saat 20:00-a qədər davam etmişdir. Hücum əməliyyatı 2 istiqamətdə müəyyənləşdirildi. Dəstənin biri meşədən, digəri isə 36 nəfərlə Qaybalı tərəfdən və Çobandaşaşıran  postundan Ağdaş yüksəkliyi istiqamətinə  hücuma keçdilər. Bu postlar arasında ermənilərin 5-6 postu var idi.             
       Qəfil hücum erməniləri çaşdırdı. Gözlənilmədən hücuma keçən Kosalar oğulları erməni postlarını məhv edib, çadırlara doğru hücum etdilər. 60-a qədər erməni quldurunu məhv edərək əbəs yerə Kosaların indiyə kimi müdafiə olunmadığını düşmənə bir daha sübut etdilər. Bu tək bir kəndin hünəri idi. Qarabağdan, Ermənistandan, Livandan və digər xarici ölkələrdən gətirilərək xususi təlim görmüş, rus silahları ilə təpədən-dırnağa qədər silahlandırılmış erməni quldurları kortəbii şəkildə silahlanmış Kosalar oğullarının, onların planları, qeyrəti qarşısında aciz qalmışdılar.

       Bu rüsvayçı məğlubiyyət  ermənilərin yaddaşından heç vaxt silinməyəcək. Belə ki, 1992-ci il 29 martda baş vermiş bu ağır döyüşdə verdikləri itkiyə görə Xankəndində və Ermənistanda 3 günlük matəm elan etdilər.
       Ermənilər Xankəndindən İrəvana xəbər vermişdilər ki, Kosalar kəndinə girmək mümkün deyil. Ancaq havadan girmək olar.
       Həmin döyüşdə 45 avtomat, 4 pulemyot və xeyli sayda digər döyüş ləvazimatı ələ keçirildi.
       Bu döyüşdə 7 nəfər kənd sakini həlak olmuş, 20-dən çox adam yaralanmışdır.
       Döyüşçülərimiz döyüşü davam etdirərək Kərkicahan istiqamətində hərəkət etmək  qərarına gəlirlər.  Ancaq lazimi texnika və canlı qüvvənin çatışmamazlığı bunu mümkünsüz edir.
       Yuxarda dediyimiz kimi, müharibə illərində kənd əhalisi uşaqdan-böyüyə kimi silaha sarılmışdı. Ermənilər dəfələrlə Kosalar kəndinə hücumlar etmişdilər. Onlar nəyin bahasına olursa-olsun, bu igid yurdun dəyanətini qırmaq, kəndi işğal etmək istəyirdilər.

       Belə ağır günlərdə Kosalar kəndinə Gəncə, Bakı, Şəki, Ağdaş, Yevlax və digər şəhər və rayonlarımızdan köməyə gələn qeyrətli oğullarımız olmuşdur. Onlardan canlarını bu torpağa fəda edənlər də az olmamışdır. Onları kənd sakinləri daim xatırlayacaq.    

Hiç yorum yok:

Yorum Gönderme