15 Haziran 2016 Çarşamba

XOCALI RAYON İH-NİN BAŞÇISI ŞAHMAR USUBOVUN GƏNCƏ ŞƏHƏR YENİ QƏSƏBƏ-2-DƏ SAKİNLƏRLƏ GÖRÜŞÜ OLDU

                                  
       13.06.2016-cı il tarixdə Gəncə şəhər Yeni qəsəbə-2-də Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubovun sakinlərlərlə görüşü oldu. Görüş Xocalı rayon müəssisə, idarə rəhbərlərinin, əməkdaşlarının və qəsəbə sakinlərinin iştirakı ilə baş tutdu.
       Görüşü çıxış sözü ilə açan Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev qəsəbə sakinlərinin ümumi problemləri - içməli suyun daimi verilməsi, telefon xəttinin çəkilməsi və bunun kimi problemlərdən söz açdı. Şahid Rzayev bildirdi ki, poçt binasının yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulur. Qəsəbə sakinlərindən 22 nəfər müvəqqəti də olsa yaşıllaşdırma idarəsində işləyir. 8 nəfər sakinimiz hərbi hissələrdə müddətdən artıq qulluq üçün sənədlərin hazırlanması üçün müraciət ediblər, onlara lazım olan sənədlər vaxtında hazırlanıb və işə girməsində digər sənədlərin yığılmasında göstərişlər verilib. Qəsəbədə fəaliyyət göstərən bütün idarələrin işləri ilə maraqlanır və baş verən hər hansı çatışmamazlığı aradan qaldırmaq üçün köməkliyimizi göstəririk
.
        Xocalı rayon Kosala kənd sakini Mətləb Məmmədov qəsəbəyə gələn su maşının uzun fasilələrlə gəlməsindən şikayətləndi.
        Daha sonra çıxış üçün söz rayonumuzun başçısı cənab Şahmar Usubova verildi. Cənab başçı çıxışında bildirdi ki, hər yaşayış yerinin özünə məxsus problemləri vardır. Yaşayış yerinə dəyişərkən insan köçkünlük həyatı yaşamış olur. Rayon başçısı qeyd etdi ki, qəsəbədə əvvəllər mövcud olan problemlərdən bəzisi-asfalta çıxış, marşrut xəttinin çəkilməsi, qəsəbə kənarlarında mal-qara tövlələrinin tikilməsi üçün torpaq sahəsinin verilməsi kimi problemlər öz həllini artıq tapmışdır. Telefon xəttinin çəkilməsi, xeyir-şər evinin tikilməsi məsələlərini də müvaiq qurumlar qarşısında qaldıracağıq və köməklik göstərilməsini xahiş edəcəyik. Qaldırılan bütün məsələlər zamanla öz həllini tapacaqdır. Yeni qəsəbədə 303 Xocalı ailəsi vardır ki, bunların da 200-ə yaxını daimi işlərlə təmin olunmuşdur. Bu çox yaxşı haldır.
       Artıq dünya ölkələri arasında sözü keçən ölkəmiz var. Aprel döyüşlərində ordumuzun şücaətini, xalqımızda yaranan milli ruhu gördük. Xocalı rayonu bir əsgərini şəhid verdi, bir əsgərimiz isə yaralandı. Xalqımızda döyüş ruhu, qələbəmizə inam hissi güclüdür. İnanırıq ki, artıq Qarabağ münaqişəsində dönüş nöqtəsinə az qalıbdır. Bunu deməyə möhtərəm Prezidentimizin uzaqgörən daxili və xarici siyasəti, ordumuzun gücü, xalqımızın həmrəyliyi və ölkə başçısı cənab İlham Əliyevə sevgisi və inamı əsas verir. Biz əminik ki, tezliklə Qarabağa qayıdacağıq. Allah bizə doğma el-obamızda görüşməyi qismət eləsin.
       Kosalar kənd İƏD-si nümayəndəsi Şahid Rzayev qəsəbə sakinləri adından rayon başçısı cənab Şahmar Usubova və rayon müəssisə, idarə rəhbərlərinə təşəkkürünü bildirdi.
       Görüşün sonunda Şahmar Usubov sakinləri fərdi şəkildə qəbul etdi və onların problemlərinin həll olunması üçün müvafiq qurumlara tapşırıqlar verdi.

Hiç yorum yok:

Yorum Gönderme