23 Şubat 2017 Perşembe

Xocalıdan olan məcburi köçkünlər pulsuz tibbi müayinə olundular

        Ölkə Prezidentinin tapşırığına uyğun olaraq Səhiyyə Nazirliyi üzrə xüsusi sərəncamla 15 fevraldan respublikada əhalinin tibbi müayinələrdən keçirilməsinə başlanılıb. 23 fevral 2017-ci il tarixdə Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə yaşayan əsasən Xocalı rayonundan olan məcburi köçkünlər və qəsəbənin əhalisi tibbi müayinələrdən keçirildi.
        Aksiya keçirilməmişdən əvvəl qəsəbənin bir çox yerlərinə elanlar yapışdırılmışdı.
        Yeni qəsəbədə 1037 nəfərdən çox sakinə baxış keçirilmiş, müayinə edilmiş və məsləhətlər verilmişdir. 4 sakinə evində konsilium edilmişdir. 81 şəxsə ambulator müalicə aparılmışdır. 14 şəxs stasionar tibbi üçün Gəncə şəhərinə dəvət edilmişdir.
        Tibbi müayinə olunan sakinlər
göstərilən xidmətdən razılıq edərək belə təqdirəlayiq aksiyaların keçirilməsində zəhməti olan Gəncə şəhər Səhiyyə idarəsinin əməkdaşlarına və bu aksiyanın təşəbbüskarı Cənab Prezidentimiz İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.





Hiç yorum yok:

Yorum Gönderme