2 Mayıs 2017 Salı

XOCALI RAYON İH-NİN BAŞÇISI ŞAHMAR USUBOV KOSALAR KƏND SAKİNLƏRİ GÖRÜŞ KEÇİRDİ

            02.05.2017-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubovun
Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə Kosalar kənd sakinləri ilə görüşü oldu.
            Kosalar kənd tam orta məktəbinin akt zalında baş tutan görüşdə rayonumuzun başçısı ilə yanaşı, Başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev, Xocalı rayon prokuroru Şıxəli Alməmmədov, Xocalı RPŞ-nin rəisi Eldar Bağırov, Xocalı rayon RTŞ-nin müdiri Şakir Əliyev, Gəncə Regional Mədəniyyət idarəsinin Xocalı rayonu üzrə nümayəndəsi Göyüş Həsənov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov sakinlərin görüşünə gəlmişdi.
            Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev qəsəbədə mövcud olan problemlər haqqında tədbir iştirakçılarını məlumatlandırdı. Şahid Rzayev qəsəbə sakinlərinin müraciətlərinə əsasən, içməli su xəttinin çəkilməsinə və mexaniki qaz sayğaclarının smart sayğaclarla əvəzlənməsinə köməklik göstərilməsini xahiş etdi.
            Görüşdə çıxış edən Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov bildirdi ki, Xocalı rayon sakinləri respublikamızın 48 rayonunda müvəqqəti məskunlaşmdır. Çalışırıq ki, mütəmadi olaraq sakinlərlə görüşlərimiz olsun, onların problemləri ilə yaxından tanış olaq. Məqsədimiz əhalinin problemlərini yerində dinləmək və qaldırılan məsələləri yerində həll etməkdir.
            Ölkəmizdə gedən hərtərfli və sürətli inkişaf rayonumuza da birbaşa təsir edir. Rayonumuz kənd təsərrüfatını inkişaf etdirməklə ölkənin iqtisadiyyatına öz töhfəsini verir.
            Daha sonra Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev vahid aylıq müavinətin verilməsi ilə bağlı sakinlərə məlumatlar verdi və bəzi məsələlərə aydınlıq gətiridi.
            Görüşdə çıxış edən qəsəbə sakinləri icra nümayəndələyinin gördüyü işləri müsbət dəyərləndirərək qəsəbədə mövcud olan problemlərin aradan qaldırılması üçün xahiş və təkliflərini verdilər. Qaldırılan məsələlərin həlli icra hakimiyyəti sturukturları tərəfindən nəzarətə götürüldü.
            Görüşün sonunda problemləri olan sakinlər fərdi şəkildə qəbul edildi.
           



Hiç yorum yok:

Yorum Gönderme