15 Eylül 2017 Cuma

Kosalar və Yaloba məktəbləri Bilik Günü münasibətilə birgə tədbir keçirdilər

        15.09.2017-ci il tarixdə Xocalı rayon Kosalar kənd tam orta məktəbinin və Yaloba kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə Bilik Günü münasibətilə tədbir keçirildi.
        Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
        Tədbirdə Xocalı rayon İHA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, Xocalı RTŞ-nin məsul işçiləri Xəyyam Cəfərov, Nəvai Həsənov, Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak etdilər.
        Məktəb direktorları
çıxış edərək rəhbərlik etdikləri məktəblərin fəaliyyəti və ali məktəblərə qəbul imtanında yüksək bal toplayan məzunlar haqqında məlumatlar verdilər.
        Səxavət Hüseynov Kosalar məktəblərinin pedaqoji heyətinin savadlı və məsuliyyətli müəllimlərdən ibarət olduğunu, bu məktəblərin daim yaxşı nəticələr əldə etdiyini bildirdi. Bilik Günü münasibətilə müəllim və şagirdləri, məktəbə ilk dəfə qədəm qoyan birinciləri təbrik etdi.
        İlk zəng vurulduqdan sonra körpə fidanlar sevinclə məktəb həyatı ilə tanış oldular.
                             


                            









     

Hiç yorum yok:

Yorum Gönderme