31 Ekim 2018 Çarşamba

Xocalı rayon məktəblərində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilir

            Ölkəmiz tərəfindən ratifikasiya olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsindən 29 il ötür. Hər il olduğu kimi bu il də ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq hüquqları aylığı” elan edilir. Bu mövzuda 29 oktyabr 2018-ci il tarixdə Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbində də tədbir keçirildi. Tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etdilər.
             Məktəbin Uşaq Birliyinin Rəhbəri Məmmədov Kazım Qasım oğlu mövzu ətafında məruzə ilə geniş çıxış edərək bildirdi ki, Uşaq Hüquqları Konvensiyası - 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmişdir.
           Uşaq Hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanın ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Onlar daimi xüsusi təşkil edilmiş Uşaq Hüquqları Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər haqda məlumat verirlər. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir. O, uşaq hüquqlarına dair bütün məsələləri bir sənəddə cəmləşdirib.
Konvensiya uşaqların iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olmasını vurğulayır. Əsasən uşaq hüquqlarının qeyri-formal tədris prosesi vasitəsi ilə öyrədilməsi üçün yazılmasına baxmayaraq, bu vəsait çox asanlıqla və müvəffəqiyyətlə məktəblərdə də istfiadə edilə bilər. Bu vəsaitdən
istifadə edərək və öz yaradıcılıq qabiliyyətinizi əlavə edərək siz tədris prosesini lazımi istiqamətə yönəldə bilərsiniz. Giriş hissədən sonra siz Konvensiya tərəfindən qorunan hüquqların bölündüyü 4 kateqoriya ilə yaxından tanış olacaqsınız.
Uşaq hüquqları Konvensiyası 54 maddədən ibarətdir.
            İnsan hüquqlarına hörmət cəmiyyətin öz uşaqlarına münasibətindən başlayır. Uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz və zəif olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı var. Uşaq hüquqlarının qorunmasında birinci dərəcəli məsuliyyət ailənin üzərinə düşür. Bu Azərbaycan Respublikası Ailə Məcəlləsinin  51 maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının 17 maddəsi göstərir ki, uşaqların qayğısına qalmaq, onları müdafiə etrmək ailənin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
             XX əsrdə uşaqlar daha çox təcavüz, zorakılıq, irqi ayrı-seçkilik, deportasiya və soyqırımlara məruz qalmışlar. Bu əsrdə baş verən iki dünya müharibəsi, lokal müharibələr yüz minlərlə uşağı valideyn himayəsindən məhrum etmiş, onların həyatına son qoymuş, adi insani hüquqlarını kobudcasına pozmuşdur.
             Uşaqların hüququnu qorumaq üçün ilk təşəbbüs  1924 ildə Millətlər Cəmiyyəti tərəfindən 5 əsas prinsipdən ibarət bəyannamə oldu. Bu sənəd Cenevrə bəyannaməsi adlanır. 1959 ildə BMT Baş Məclisi “Uşaq Hüquqları Bəyannaməsini” qəbul etdi. Lakin bu bəyannamənin hüquqi qüvvəsi və nəzarət mexanizmi yox idi. Bu sənəd dövlətlərin üzərinə məsuliyyət və öhdəlik qoymurdu.
             Uşaqların hüquqlarını qorumağa dair ən mükəmməl beynəlxalq sənəd 1989 il noyabrın 20 BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası oldu. Bu Konvensiyaya 189 ölkə qoşulmuşdur. Azərbaycan Respublikası Konvensiyanı 1992 ildə ratifikasiya etmişdir.
             Konvensiyanın məzmunu, onun əsas ideyası uşaq şəxsiyyətidir. Bununla yanaşı Konvensiya iştirakçı ölkələri uşaqların öz ölkəsinin sosial-siyasi həyatında daha fəal və yaradıcı iştirakına imkan verən şəraitə çağırır. Konvensiyanın mühüm prinsipi irqi ayrı-seçkiliyə yol verməməkdir. Uşaqlar irqindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən asılı olmayaraq, öz hüquqlarından istifadə etməlidirlər.
            Konvensiyada hüquqlar müəyyənəlamətlətə görə qruplaşdırılmamışdır. Lakin şərti olaraq onları 4 qrupa bölmək olar:
-    I qrup: yaşamaq hüququ. _ Bu qrup uşaqların yaşamaq hüququnu və bunun üçün zəruri olan tələbatları əhatə edir. Buraya müvafiq həyat standartları sığınacaq, qida və tibbi yardım almaq imkanları daxildir.
-    II qrup: inkişaf hüququ._ Bu qrup özünün ən yüksək inkişaf potensialına malik olmaq üçün uşaqların ehtiyacı olduğu şeylərdən ibarətdir. Buraya təhsil hüququ, oyunlar, asudə vaxt, mədəni fəaliyyət, informasiya almaq azadlığı, habelə söz, vicdan və dini əqidə azadlığı.
-    III qrup: müdafiə hüququ._ Uşağın pis rəftardam, hörmətsiz münasibətdən və istismardan müdafiəsini təmin edən məsələləri əhatə edir. Bu qrupa qaçqın və məcburi köçkün uşaqlara xüsusi qayğı göstərilməsi, onların silahlı münaqişələrə cəlb edilməsi, narkotik maddələrdən istifadə, uşaq əməyi kimi məsələlər daxildir.
-    IV qrup: İştirak hüququ._ Fikri sərbəst ifadə etmə, öz həyatı barəsində rəy söyləmə, ictimai təşkilatlara qoşulma, dinc yığıncaqlar keçirmə. Bu hüquqlar qrupu uşaqlara qabiliyyətləri, çatdığı qədər cəmiyyətin həyatında iştirak etmək imkanı verir, onlarda fəal vətəndaş mövqeyi formalaşdırır.
             Azərbaycan dövləti də bu Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çalışır. Bu sahədə Azərbaycan Respublikasının əsas milli sənədi olan “ Uşaq hüquqları haqqında” qanun qəbul olunmuşdur.



Hiç yorum yok:

Yorum Gönderme