3 Kasım 2018 Cumartesi

Gəncə şəhəri ərazisində salınmış Yeni qəsəbə-2-də "Göyçək Fatmanın nağılı" tamaşası oynanıldı

           03.11.2018-ci il tarixdə Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivinin xalq nağılları əsasında ərsəyə gətirdiyi "Göyçək Fatmanın nağılı" tamaşası oynanıldı. Balacalar və məktəbli şagirdlər tamaşaya böyük maraqla baxdılar və sürəkli alqışladılar. Aktyorların yumorist hərəkətləri onların gülüşünə səbəb oldu. 
        Gəncə Dövlət Dram Teatrının rəhbərliyindən bildirildi ki, uşaqların və valideynlərin istəyini nəzərə alaraq qəsəbədə bayram günlərində yeni tamaşalar təşkil ediləcək. 
                                      























































Hiç yorum yok:

Yorum Gönderme