7 Aralık 2018 Cuma

Gəncə şəhəri, Yeni qəsəbə-2-də məskunlaşan məcburi köçkünlərin Cənab nazir Ramil Usubova ünvanladığı məktub müsbət cavabını almışdır

         Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə məskunlaşan sakinlərin qəsəbədaxili küçələrə yol nişanlarının yerləşdirilməsinə kömək göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Daxili işlər naziri general-polkovnik Cənab Ramil Usubova ünvanladığı məktub məktub öz müsbət cavabını almışdır. Cənab nazirimizin göstərişinə əsasən qəsəbəyə yol hərəkəti nişanları yerləşdirilir. Qəsəbə sakinləri bu xəbəri sevinclə qarşılayır və çox hörmətli Cənab Ramil Usubova minnətdarlıq edirlər.  
        Qeyd edək ki, Gəncə şəhərinin Kəpəz rayonu ərazisində salınmış qəsəbənin noyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuşdur. 600 ailəlik qəsəbə bütün şəraitlə təmin edilmişdir.  60 hektar sahəni əhatə edən qəsəbədə 600 ev,  müasir tələblərə tam cavab verən 440 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub, poçt binası və digər zəruri sosial-texniki infrastruktur yaradılıb.   

Hiç yorum yok:

Yorum Gönderme