18 Şubat 2019 Pazartesi

ADAU-nun professoru Kosalar məktəbində ustad dərsi keçib

        Azərbaycan Dövlət Arqar Universitetinin professoru Xocalı rayon Kosalar kənd tam orta məktəbində ustad dərsi keçib. Elman Mövsümov assistentləri ilə birlikdə Kosalar kənd tam orta məktəbinin 9-cu sinif şagirdlərinin kimya fənni üzrə biliklərini artırıb. Dərsin gedişi, əyani şəkildə kimyəvi maddələrlə təcrübələrin aparılması şagirdlər tərəfindən maraqla qarşılanıb, hətta şagirdlər təcrübələrin aparılmasında əyani olaraq iştirak ediblər. Bu sahədə ən son elmi təcrübələrin Xocalı məktəbliləri üçün nümayişi bundan sonra da davam etdiriləcək. 
        Qeyd edək ki, 26 fevral 2018-ci ildə, Xocalı soyqırımı qurbanlarının xatirəsinin anım mərasimindən sonra, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) tərəfindən Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı rayon Kosalar kənd tam orta məktəbinin təmir olunan kimya-biologiya kabinəsinin açılışı olub. 

Hiç yorum yok:

Yorum Gönderme