14 Şubat 2019 Perşembe

Bu gün “Azərbaycan Bayrağı” ordenli şəhid Xəzani Əsgərovun müqəddəs torpağa tapşırıldığı gündür

        Əskərov Xəzani Kərəm oğlu, 1962-ci ildə Xankəndi rayonunun  Kosalar kənd sovetliyinə daxil olan Yaloba kəndində anadan olmuş, 1994-cü il fevral ayının 12-də indiki Göygöl rayonu ərazisində həlak olmuşdur.
      Xəzani 1991-ci ildən Şuşa  polis şöbəsinin nəzdində fəaliyyət göstərən Kosalar rotasında  polis nəfəri kimi fəaliyyətə başlayıb. Müharibənin qızğın çağlarında o, idarə etdiyi maşınla yaralı və ölənlərin atəş mövqeyindən uzaqlaşdırılmasında həmişə seçilib.
        1990-cı il, dekabr ayının 15-də Cəmilli Kosalar yolunda qətlə yetirilən Mikayıl Cəbrayılovun, Arzu Əliyevin, Əhməd Cavadovun cənazələrinin döyüş nöqtəsindən çıxarılmasında, həmçinin ağır yaralanan Rövşən Türbəndiyevin həyatının xilas olunmasında iştirak etmişdir.  Xəzani 1991-ci il dekabr ayının 15-də Cəmilli, 23-də Meşəli, 1992-ci il yanvar ayının 28-də Canhəsən döyüşlərində xidməti maşını ilə fəal iştirak etmişdir. 1992-ci il mart ayının 29-da, aprelin 29-da Kosalarda gedən döyüşlərdə yaralıların çıxarılmasında yaxından iştirak edib.
          Kosalar kəndi işğal olunduqdan sonra
Şuşa polis batalyonu tərkibində Xəzani Laçın, Ağdərə, Dranbon, Mehmanə, Laçının Billur düzü, Fingə, Arduşlu, Xaçınyalı kəndləri, Şuşanın Sarıbaba ərazilərində  gedən hərbi əməliyyatlarda da iştirak etmişdir. 1993-cü ilin iyul ayından Xəzani tərkibində olduğu Şuşa polis batolyonu Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edir. Ağdərə yüksəkliklərinin ələ keçirilməsində, Ağdərənin və kəndlərinin geri alınmasında Kosalar polis rotasının xidmətləri danılmazdır.
         Xəzani Ağdərə bölgəsində 708 saylı yüksəkliyin alınması zamanı 5 nəfər yaralının həyatını xilas etdiyi üçün mükafatlandırılmışdır.
         Xəzani 1994-cü il, fevral ayının 12-də idarə etdiyi “QAZ- 66” markalı xidməti maşınla Murovdağ bölgəsinə ezam olunmuşdu. Təəssüflər olsun ki, bu onun son xidmətləri oldu.
        Gəncədə şəhidlər xiyabanında dəfn edilib.
        Azərbaycan Resbublikasının Pirezdenti cənab Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli fərmanı ilə “Azərbaycan bayrağı”ordeni ilə təltif edilmişdi.    

Hiç yorum yok:

Yorum Gönderme