17 Şubat 2019 Pazar

Kosaların ilk şəhidi

        Quliyev Şahbaz  Mürsəl oğlu 1923-cü ildə Kosalar kəndində anadan olmuş, 1990-cı il fevral ayının 19-da doğma kəndində şəhid olmuşdur. Şahbaz kişi Kosalar kənd 8 illik məktəbini bitirmişdir. O,  Böyük Vətən müharibəsinin başlaması ilə ələqadər olaraq hələ 18 yaşı tamam olmamış, 1941-ci ildə müharibənin iştirakçısı olmuşdur. Müharibə illərində Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. O, Stalinqrad, Kursk altındakı döyüşlərdə igidlik göstərmiş rota komandiri kimi fəalliyətdə olmuşdur. Müharibə bitdikdən sonra, 1946-cı ildə doğma kəndinə qayıtmışdır.  Müharibədən qayıtdıqdan sonra bir çox işlərdə işləmişdir: Kənd kolxozunda ferma müdiri, son 20 ilə yaxın  kənd sovetliyində katib vəzifəsində çalışmışdır. 1989-ci ildən isə təqaüdçü idi. O, həmişə bacarığı işgüzarlığı ilə seçilmişdir.
       Erməni daşnakları doğma yurd üzərinə ayaq açdıqları vaxtda belə döyüş təcrübəsinə malik olan  insanların olması çox önəmli idi .

       İnanmaq çətindir ki, qanlı-qadalı müharibədən sağ-salamat qayıtmış Şahbaz kişi Ballıca kəndində məskunlaşan .erməni quldurunun atdığı bir güllənin qurbanı olsun. O, 1990-cı il fevral ayının19-da heyvanlarını kənddən 6 km aralı, "Çayqovşan“ deyilən yerə örüşə aparmışdır. Qəfildən ətrafı bürüyən qara duman sanki ona ölüm gətirirmiş. Qəflətən atılan namərd  erməni  gülləsinə tuş gələn Şahbaz kişi şəhid oldu. Bu Kosaların verdiyi ilk şəhid idi.


Hiç yorum yok:

Yorum Gönderme