12 Şubat 2019 Salı

Ümumrayon tədbirində fəal iştirak edən Kosalar və Yaloba kənd tam orta məktəblərinin şagirdləri dəyərləndirildi

        12 fevral tarixdə Xocalı rayon Kosalar və Yaloba kənd tam orta məktəblərinin 20 Yanvar - Ümümxalq Hüzn Günü ilə bağlı keçirilən ümumrayon tədbirində iştirak edən şagirdləri ilə görüş keçirildi. Şagirdlərin uğurlu çıxışı digər məktəblilərin də nəzərinə çatdırıldı. Qeyd edək ki, ümumrayon tədbirində şagirdlərin və Xocalı rayon Kosalar kənd mədəni-maarif işçilərinin birgə iştirakı ilə "Şəhidlər unudulmur" adlı ədəbi-bədii kompozisiya yüksək səviyyədə nümayiş etdiririldi.
         Tədbirdə çıxış edən natiqlər şagirdlərin istedad və qabiliyyətlərinin aşkar edilməsində bunun kimi tədbirlərdə iştirak etmələrinin vacibliyini vurğuladılar. Şagirdlərə dərslərini yaxşı oxumaları, vətənpərvərlik ruhu ilə cəmiyyətdə faydalı olmaları tövsiyə olundu.
        Sonda şagirdlər Xocalı rayon Kosalar kənd Mədəniyyət Evinin direktoru Ramiz Məhərrəmov tərəfindən Fəxri Fərmanla təltif edildilər.








Hiç yorum yok:

Yorum Gönderme