2 Mayıs 2019 Perşembe

“Eko-region” adlı layihə çərçivəsində Xocalı rayon Kosalar kənd tam orta məktəbinin şagirdləri arasında ekoloji maarifləndirmə tədbiri keçirildi

    Bakı Dövlət Universitetində Biologiya fakültəsində üzrə təhsil alan 3-cü kurs tələbəsi, Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin məzun könüllüsü Bahar Rəsulzadənin “Eko-region” adlı layihəsi çərçivəsində Xocalı rayon Kosalar kənd tam orta məktəbinin şagirdləri arasında ekoloji maarifləndirmə tədbiri keçirildi. Tədbirdə Gəncə "ASAN xidmət" mərkəzinin məsul işçisi Pərvin Quliyev, “Yaşıl ASAN”çılar, Göygöl Milli Parkının Elmi işlər və ekoturizm üzrə direktor müavini Fuad Quliyev, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etdilər.
Əvəvlcə tədbir iştirakçılarına Göygöl Milli Parkı haqqında hazırlanmış bukletlər paylanıldı.
Sonra Bahar Rəsulzadənin izahı əsasında ekoloji problemlərdən, onların həlli istiqamətində görülən işlərdən, ekoloji mühitin saflaşdırılması, yaşıllıqların artırılması, qorunması və digər istiqamətlərdə hazırlanmış slayd nümayiş etdirildi. Layihənin təşəbbüskarı şagirdlərə ekoloji maariflənirmə ilə bağlı məlumatlar çatdırdı.
Gəncə "ASAN xidmət" mərkəzinin məsul işçisi Pərvin Quliyev çıxışında layihənin əhəmiyyətindən danışdı. Ətraf mühiti təmiz saxlamağın, təbiəti qorumağın hər birimizin borcu olduğunu diqqətə çatdırdı. Əhalinin, ictimaiyyətin ekoloji mədəniyyətinin müasir tələblər səviyyəsində formalaşması ölkədə ekoloji cəmiyyətin bərqərar olması üçün vacib olduğunu bildirdi.
Göygöl Milli Parkının Elmi işlər və ekoturizm üzrə direktor müavini Fuad Quliyev
Göygöl Milli Parkının flora və faunasından, milli parkın yaranma tarixindən və turizm marşurutlarından məlumat verdi. Ekoloji bilgilərin, məlumatların zəif olması ətraf mühitin çirklənməsinə, təbiətin dəyişikliyə məruz qalmasına və bir sıra neqativ nəticələrə gətirib çıxardığını vurğuladı. Şagirdləri təbiəti sevməyə və qorumağa çağırdı.
Tədbirdə IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin "Azərbaycanın 9 möcüzəsi" adlı layihəsi çərçivəsində çəkilmiş "Göygöl Milli Parkı" sənədli film nümayiş etdirildi.
Qeyd edək ki,
3 gün davam edəcək layihəsinin 2-cü günündə Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Hər ağac, bir gələcək!” adlı ağacəkmə aksiyası keçiriləcək. Layihə Gəncə şəhəri Hacıkənd qəsəbəsində məişət tullantılarının təmizlənilməsi aksiyası ilə yekunlaşacaq.  

         





























Hiç yorum yok:

Yorum Gönderme