12 Ocak 2020 Pazar

“Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu medalla təltif olunub

        Dekabrın 9-da Qarabağ həqiqətlərini, Xocalı soyqırımı nəticələrini, erməni vəhşətini ictimaiyyətə çatdırılmasında və sosial şəbəkələrdə geniş təbliğinə görə Beynəlxalq Zaparojye Kazakları Birliyinin Ali Məclisinin Getmanının Ukrayna-Azərbaycan əlaqələri üzrə məsul nümayəndələrindən biri Üzeyir Vahabovun şərəfinə təsis edilmiş 65 il yubileyi medalının “Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədoğluna təqdimatı olub. Təqdimatda Xocalı Rayon İcra Hakimiyyəti Aparatının Bakı şəhərindəki nümayəndəliyinin əməkdaşı Nadir Rəşidov, Xəlil Vəliyev, yazıçı Azər Hacıbəyli və digər şəxslər iştirak edib.
        Tədbirdə Vahabov Üzeyir Kazım oğlunun həyat və fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, şərəfli ömür yolu keçən Üzeyir Vahabov 18 mart 1954-cü ildə Lənkəranın Şürük kəndində anadan olub. O,
1979-cu ildən 2000-ci ilə qədər Ukraynanın Daxili işlər və Müdafiə Nazirliyinin Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidməti vəzifəsini yerinə yetirmişdir. Çernobl Atom Stansiyası qəzasının veteranıdır. 
        Üzeyir Vahabov 2000-ci ildə təqaüdə çıxdıqdan sonra yenidən hərbi vətənpərvərlik missiyasını davam etdirmək məqsədilə Beynəlxalq Zaparojye Kazakları Birliyinin sıralarına dəvət olunub. O, xidməti illərində 10-larla müxtəlif dövlət ordeni, medal və fəxri fərmanlarla təltif olunmuşdur. Üzeyir Vahabov kazaklar sırasında ən ali rütbə sayılan Kazak marşalı rütbəsinə yüksəlmiş, Kazak qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlı həmyerlimizdir. Ukrayna - Azərbaycan dövlət siyasəti istiqamətində, Azərbaycan və Ukrayna xalqlarının dostluq əlaqələrinin inkişaf etdirilməsində əlindən gələn köməkliyi əsirgəmir. 
        Üzeyir Vahabov 2014-2017, 2018-2019-cu illərdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının və Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun rəsmi dəvəti ilə doğma Vətəni olan Azərbaycana işgüzar səfərə gəlib, dövlət və veteran təşkilatlarında görüşlər keçirmişdir. 
        Bu gün Üzeyir Vahabov kimi azərbaycanlı soydaşlarımız gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün böyük örnəkdir. 
                                                                                                               “XOCALININ SƏSİ”

Hiç yorum yok:

Yorum Gönderme