17 Ocak 2020 Cuma

Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayevin hesabat məruzəsi dinlənildi

        Yanvarın 17-də Gəncə şəhəri Yeni qəsəbə-2-də Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəliyində 2019-cu ildə gördüyü işlər və 2020-ci  ildə  qarşıda  duran  vəzifələr dair hesabat iclası keçirildi. Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, qəsəbə sakinləri iştirak etdilər. 
        Hesabat iclasını aparmaq üçün sədr və kaitb seçildikdən sonra gündəlikdə duran məsələ haqqında Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev məruzə ilə çıxış etdi. O, bildirdi ki, 01 yanvar 2020-ci il tarixə Kosalar  kənd  nümayəndəliyi  üzrə kəndlərdə cəmi 536 ailə, 1913 nəfər əhali var. Nümayəndəlik  üzrə  əmək qabiliyyətli insanlar 1063 nəfər təşkil edir.
        Kosalar kənd nümayəndəliyinə 37 sayda  müxtəlif  təşkilatlardan məktub daxil olub. Təşkilatlardan  gəlmiş  məktubların  icrası  öz  həllini  tapmışdır. Nümayəndəlikdən idarə   və  təşkilatlara 78 sayda müxtəlif məzmunlarda  məktublar göndərilmişdir. Kosalar kənd nümayəndəliyindən 853  sayda müxtəlif  məzmunda :ailə  tərkibli, yaşayış yeri, əmək haqqı  və  sair  arayış verilmişdir. Nümayəndəlik üzrə 2019-cu ildə 20 sayda daxili sərəncam  verilib.
        Kosalar kənd Həkim Ambulatoriyasına, 2019-cu ildə 3350 nəfər xəstə müraciət  edib. Xəstələrə stomotoloji, terapevtik və təcili  tibbi  yardım  edilib.
        Evə çağrışların sayı 3234  olmuşdur.Uşaqlar  arasında vaksinasiya turları vaxtlı - vaxtında aparılır. Hamilə qadınlar qeydiyyata götürülmüş, onlara  tibbi  nəzarətlər  edilmişdir.
        Şahid Rzayev Gəncə  şəhər Kəpəz rayon ərazsində yeni salınmış qiəsəbədə xeyir – şər mərasimlərinin keçirilməsi üçün  mağarin verilməsi, qəsəbədə kanalzasiya xəttinin çəkilməsi, Göygöl su xəttindən qəsəbəyə içməli suyun verilməsi, Qəbristanlığın  salınması  üçün torpaq sahəsinin ayrılması kimi qəsəbə sakinlərini narahat edən məsələləri də diqqətə çatdırdı.
        Məruzə ətrafı çıxışlarda nümayəndəliyin gördüyü işlər qənaətbəxş sayıldı.   
        Sonra problemi olan sakinlər fərdi şəkildə qəbul edildi.  






























Hiç yorum yok:

Yorum Gönderme