30 Nisan 2020 Perşembe

Xocalı rayon Kosalar kənd sakini Kamran Məmmədovun Cənab Prezidentimizə minnətdarlıq məktubu

"Azərbaycanın bugünkü inkişafı bədxahlarımızı rahat buraxmır”

        Xocalı əhalisinin bir hissəsi Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik yeni qəsəbədə məskunlaşıb. Doğulduqları yurdları yerlə-yeksan olunduqdan sonra burada məskunlaşmış xocalılıların ömrünün ixtiyar çağlarını yaşayanlardan biri də Kosalar kəndində dünyaya göz açmış Kamran Məmmədovun ailəsidir. Dünyanı bürümüş koronavirus pandemiyasının Azərbaycanda qarşısının alınmasında dövlətin və hökumətin apardığı məqsədyönlü sosial siyasəti ürəkdən bəyəndiyini və hər kəsin tətbiq olunan karantin qayda-qanunlarına əməl etməyinin vacibliyini bildirən Kamran Məmmədov məktubunda yazır: "Cənab Prezident! Bu gün də Sizin xalqa, dövlətə hansı məhəbbətlə bağlı olduğunuzu görürük. Oğlum Aqil Məmmədov da həkimdir. Bu gün həkimlərimizin gecə-gündüzü yoxdur. Onlar xalqımızın sağlamlığı uğrunda özlərini hər an təhlükə ilə üz-üzə qoyurlar. Onların və eləcə də dövlət başçısının xalqımızı bu bəladan sağ-salamat qurtarması üçün fədakarlıqlarını görməmək nadanlıq olardı.

         Hörmətli Prezident! Siz dövlət başçısı olandan həyatınız daim mübarizələrdə keçib. Ulu Öndər Heydər Əliyevin də həyatı sərt siyasi mübarizələrdə keçərək qranitləşmişdi. Azərbaycanımızın bu gün dünyada pandemiyaya qarşı mübarizədə ön sıralarda olması heç də təsadüfi deyil. Dünyada iqtisadiyyatına görə bizim dövlətdən də güclü, ölkələr var. Lakin onların istər qaçqınların yerləşdirilməsi, məskunlaşdırılması, istərsə də sosial həyat tərzinin bərpasında necə aciz qaldıqlarını gördük. Avropa qaçqınları qəbul edə bilmir, dəryalarda batırır, yaxud da onlar özləri səfalət içində aclıqdan məhv olurdular. Azərbaycan dövləti isə bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə biganə qalmayaraq, hər cür sosial infrastrukturla təmin olunan 100-dən artıq yeni yaşayış məntəqələri tikərək onları məskunlaşdırdı. Həmçinin
həyat şəraitimizin tam təminatı üçün lazım olanı dövlət bu gün də edir.

        Möhtərəm cənab Prezident! Sizin bu günlərdə televiziya çıxışlarınızın birində qeyd etdiyiniz kimi, Azərbaycanımızın bugünkü inkişafı bədxahlarımızı rahat buraxmır. Xaricdən ölkəmizə uzanan qara niyyətli əllər daxildə çaxnaşma salmağa çalışır, dövlət başçısının göstərdiyi inamlı mübarizəni görməməzliyə vurur, xalqımızı hakimiyyətə qarşı itaətsizliyə səsləyirlər. Bu, bir Azərbaycan vətəndaşı, xocalılı məcburi köçkün, nəhayət, ömrünün səksəninci fəslini yola salmış el ağsaqqalı olaraq məni hiddətləndirir! Bu gün bütün siyasi partiyalar ölkəmizdə bir araya gələrək dövlətin gördüyü tədbirləri alqışladığı halda nankorlar bundan da sui-istifadə etməyə çalışırlar”.


"Dünya xalqlarının həsədlə izlədiyi ölkəmizdəki müsbət 
nəticələr hər birimizi sevindirir”

        Məmmədov məktubunda onu da qeyd edir ki, dünyada geniş yayılan koronavirus infeksiyası, təəssüf ki, Azərbaycanımızdan da yan keçmədi. Ən güclü ölkələr belə koronavirus pandemiyası ilə mübarizədə aciz qaldı: "...Şükürlər olsun ki, bir çox dövlətlərdən fərqli olaraq, Sizin siyasətiniz sayəsində Azərbaycan infeksiyanın yayılmasına qarşı tez reaksiya göstərdi: pandemiyanın təsirinin azaldılması istiqamətində mühüm addımlar atıldı, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, ölkə daxilində xüsusi karantin rejimi tətbiq edildi. Xalqın rifahı və sağlamlığı üçün atdığınız mühüm addımlar artıq müsbət nəticəsini verməkdədir. Bu qayğınız üçün Sizə təşəkkür edirəm!”

Hiç yorum yok:

Yorum Gönderme