9 Mayıs 2020 Cumartesi

Kosalar XX əsrin əvvəllərində

             XX əsrin əvvəllərində Kosalar kəndi ağır  sınaqlardan çıxmalı   olmuşdur. 1905-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım hadisələri zamanı  Kosalar da erməni planından kənarda qalmamışdır. Ermənilərə qarşı cavab əməliyyatlarında-döyüşlərdə Kosalar igidləri də fəal iştirak etmişdir. Mir Mövsüm Nəvvabın “1905-1906-cı ildə erməni-müsəlman davası” adlı kitabında Kosaların ermənilərə qarşı mübarizəsindən bəhs olunmuşdur. Bu kitabda kəndimizin bir çox igidlərinin adı çəkilmişdir. Ermənilər həmin  zaman Kosalar kəndinə ayaq basa bilməmişdilər. Layiq olduqları paylarını alaraq, geri qayıtmışdılar.

          Mir Mövsüm Nəvvabın yazdığa görə, ermənilərə qarşı mübarizədə xəlfəlilərin arasında Qasım (Vəli oğlu Qasım) adlı çox qeyrətli bir gənc vuruşurdu (yaşlı adamların verdikləri məlumatlara görə Qasım Xəlifəli döyüşündə yox, Kosalar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur). O, bu mübarizədə hədsiz cəsarət və qəhrəmanlıqlar göstərirdi. Döyüşlərin birində Qasım 4 erməni öldürmüşdü. Həmin döyüşdə birdən qəfl bir namərd gülləsi onu haqlayır (Qasımı ermənilər Tumaş daşının yanında öldürdülər. Qasım vurulduqdan sonra ermənilər üç gün toy edərək şənlənmişdilər). Daha bir cəsur Kosalar övladı döyüş meydanında qəhramancasına həlak olur. Onun cənazəsi Kosalar kəndinə gətirilir. Bir neçə nəfər at və qatırla molla dalınca Qalaya (Şuşaya) gedirlər. Yolda ermənilər onları Yel dəyirmanı Qayasından və Qaybalı kəndindən atəşə tutdular. Onlar çətinliklə özlərini Qalaya çatdıra bildilər. Əhvalatdan xəbər tutan Qala əhli silaha sarıldı...

        Məlum olduğu kimi
XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü daha da artmışdır. Belə təcavüzlərə qarşı tutarlı cavab verən şəxslərdən biri də İsmayıl oğlu Valah olmuşdur. O, sözün əsl mənasında erməni qatili idi.

        Qeyrətli vətən oğullarından biri də Qara Tağı olmuşdur. O  da ermənilərə qarşı aparılan mübarizədə xüsusi ilə amansız olmuşdur. Bundan əlavə, Şırlan yaylağını zəpt edərək, özünə mülk etmişdir.
        XX əsrin  əvvəllərində ermənilər Kosalara torpaq iddiası etməyə başladılar. İş məhkəməyə düşür. Əslən Kosalar kəndindən olan Qara Tağı və Murtuza Xəlfəli kəndində və Kosalarda yerləşən ən qədim qəbiristanlıqda yerləşən baş daşlarını tapıb, məhkəmədə bir daha bu yerlərin onların ata-babalarına məxsus olduğunu  sübut  etmişlər.

        Məşədi Əbdül kişi və həyat yoldaşı Bayaz xala Kosalar kənd Sovetliyinə daxil olan Canhəsən kəndində yaşayırdılar. Süfrəmizin qırağında böyüyən ermənilər daim onlarda olardılar. Həmişə hörmət görər, bu evin çörəyini yeyərdilər. Sonralar bədnam düşmənlər dəfələrlə Canhəsənə hücum edir. Növbəti basqında Məşədi Əbdül və yoldaşı kəndi tərk etmir. Fikirləşirlər ki, bədnamlara bu qədər çörək vermişik, bizə heç nə etməzlər. Düşmən onların evlərinə də “təşrif” buyurur. Bayaz arvad onlara deyir ki, sizə bu əllərimlə çörək vermişəm. Mənfur, vicdansız, çörəyi dizinin üstündə olan düşmənlər deyir ki, elə birinci bizə çörəkverən əlini kəsəcəyik. Belə də edirlər. Oğlanları Məcid  (Həsənov), anası ermənilər tərəfindən öldürüldüyü üçün, təkbaşına erməni kəndlərinə yaxınlaşır, bulaq üstündəki ağaca çıxır, bulağın başına gələnləri vuraraq, anasının qisasını alır, düşməni öldürür, əllərini kəsir. Deyir bu atamın əvəzi, bu anamın əvəzi. Sonralar ondan soruşanda ki, nə qədər erməni öldürmüsən, deyərmiş başımın tükünün sanı qədər, çoxlarına da cavab verməzmiş.
        Bir dəfə Məcid kişi Xankəndinə gedir. Dükanların birində əzəldən düşməni olan bir erməni ilə qarşılaşır. Onlar bir-birlərini tanıyırlar. Erməni xəncəri çıxararaq ona hücum edir. Məcid kişi özünü itirmədən yalın əllə xəncərin ağzından tutub onun əlindən alır. Bunu belə görən ətrafdakı ermənilər həmvətənlərini Məcid kişinin əlindən xilas edirlər.
       Ermənilər tərəfindən faciəli şəkildə öldürülmüş insanlardan biri də Ağəli olmuşdur. Kərbəlayi Məmməd oğlu Ağəli 1879-cu ildə Kosalar kəndinin Başkənd obasında anadan olmuşdur. O, el-obada igidliyi ilə ad-san qazanmış bir şəxs idi. Ağəli də elin dar günündə silaha sarılaraq doğma kəndinin  müdafiəsinə qalxmışdır. Müharibə şəraitində silah-sürsatnan təminat çətinləşmişdir. Belə bir vaxtda Ağəli gizli yolla Malıbəylidən silah-sursat gətirirdi. Malıbəyli Kosalar kəndindən 10 km şərqdə, Xankəndinin şimal-şərqində yerləşirdi. Bir gecədə bu qədər dağlı-dərəli yolu qət edib, kürəyində silah, patron gətirmək hər igidin hünəri deyildi. 1905-ci ilin dumanlı payız günlərindən birində, “Yalobanın tili” adlanan qayalıqda bizim döyüşçülərə patron apararkən düşmənlə qarşılaşır. Bunu görən ermənilər onu Azərbaycan dilində çağırırlar. Kişi aldanaraq onlara tərəf gedir. Ermənilər əvvəlcə onun barmaqlarını, qolunu və qıçını, daha sonra başını kəsirlər. Onlar qaçıb  gedəndən sonra bizimkilər kişinin cəsədini bir yerə toplayıb dəfn etmişlər. Sonrakı döyüşlərdə Kosalar igidləri düşməni darmadağın edərək layiqli cavablarını verdilər.
           İgid Kosalar oğullarından biri də Abdulhüseyn olmuşdur. O, da əfsanəvi mübariz Kosalar sakinlərindən idi. Abdulhüseyn sonradan Xankəndində məskunlaşmışdır. Burada onun 4 otaqlı evini ermənilər yandırdığından yenidən doğma yurdu-Kosalara pənah aparmışdır. O,  bu kəndin müdafiəsində və erməni qulduruna qarşı mübarizəsində fəal iştirak edərək xüsusi qəhrəmanlıqları ilə fərqlənmişdir:
        Bir dəfə eşidir ki, ermənilər Şuşa qalasına hücum edəcəklər. Gedib türk əsgərlərinə xəbər verir ki, ermənilər hücum edəcəklər. Türk əsgərləri ermənilərin tutarlı cavabların verərək onları geri çəkilməyə məcbur etmişlər. Bu döyüşdə azrbaycanlılar da türklərlə birgə hərəkət edirdilər. Abdulhüseyn də onlarla birgə idi. Bu döyüşdə xeyli sayda erməni qulduru məhv edilmişdir. Ballıcada (Abdulhüseyn Ballıcaya, Xənəzəyə, Mehdikəndə, Badaraya edilən hücumlarda həmişə iştirak edərdi.) ermənilərin üzərinə hücum edirlər (Çox vaxd o, özü tək gedirmiş). Ermənilər qaçıb bir binaya-Əlihisan bəyin evinə sığınırlar. Abdulhüseyn və oldaşları onun evində gizlənən ermənilərin hamısını qırırlar. Abdulhüseyn qapının arxasında bir qız görür. O, qorxudan tir-tir əsərək, ağlayırdı. Bu gözəl qız Əlihisan bəyin qızı idi. Abdulhüseynin ona yazığı gəlir, onu öldürmür, kar Səmədə verir ki, apar dağa, ailəmin yanına. O da kəndə (Kosalara) gələrkən yolda-meşədə qızı öldürür. Abdulhüseyn dağa gələn kimi “Səməd bura kimisə gətirməyib?”- deyə qızı soruşur. Deyirlər ki, yox. Səməddən soruşur. Səməd deyir ki, onu meşədə öldürdüm. Abdulhüseyn Səmədi yerə yıxaraq, xəncərlə başını kəsmək istəyəndə güclə əlindən alırlar.
       Abdulhüseynin igidlikləri bununla bitmir.
       Abdulhüseyn Salahla Xankəndindən 160 başa qədər qaramal qarət edib kəndə gətirmişdir.
       Ballıca kəndində 40 erməni evinin yandırılmasında iştirak etmişdir.
       Qaybalı kəndində ermənilər bir uşağı şaqqa vuraraq gəlin ət alın deyə car çəkiblər. Abdul- hüseyn də Soltan bəyin qoşunu ilə birgə ermənlərə qarşı hücumda iştirak edir. Onlar ermənləri qıraraq uşağın meiydini basdırmışlar.
       Abdulhüseynin bibisi oğlu Qasımı ermənilər öldürmüşdülər. O, Qasımın qanını Darçayın körpüsündə 20 erməni öldürməklə  almışdır.
       Abdulhüseynin dayıları Saleh və Valeh də  bir çox erməni evlərini yandırmışdır.
       Kalxozlaşma ilə əlaqədar olaraq, Sovet quruluşundan ziyan çəkənlər arasında Abdul- hüseyn də olmuşdur. Onun 200 baş mal-qarası müsadirə edilərək kolxoza verilmişdi. Nəticədə özü də kolxozda işləməyə məcbur olmuşdur. Bağırov ona demişdir: Sən bizim düşmənimizsən. Çoxlu erməni öldürmüsən. Ona görə də onu və 4 qardaşını-Musa, Abdul- həsən, Cəmil və Xəlili sürgün etmişdilər. Bununla kifayətlənməyib, onun yüzlərlə ha yerini,  evini və qalan bütün əmlakını müsadirə etmişlər.
       Harada və necə ölməsi ilə bağlı heç bir məlumat yoxdur. 
       Yaşlı nəslin əksəriy-yəti ermənilərə öz layiqli cavablarını vermişlər. Bunlardan Mirzalı Əhmədovu göstərmək olar. 80-cı illərin ortalarında Mirzalı kişi Xankəndində operasiya
olarkən erməni həkim soruşur ki, (guya zarafatla) köhnə kişilərdənsən, nə qədər erməni öldür-müsən? Mirzalı kişi cavab verir ki, sənin başının tükü qədər. Bircə sən qalmısan. O vaxt əlimə düşsəydin, səni də öldürərdim. Cavabdan pərt olan erməni həkimi xəfifcə gülümsəyir.
       Mirzalı kişi 1905-ci il erməni müsəlman davasının canlı şahidi olub. 1918-ci il hadisələri zamanı ermənilərə qarşı mübarizədə yaxından iştirak edib. Mirzalı kişi danışarmış ki: “Ermənilər 1918-ci ildə Kosalara Qaybalı tərəfdən hücum etmişdilər. O vaxt onları həmin ərazidə çox qırmışıq.” Rəhmətlik Abdul- hüseynlə vuruşan dəstələrə Malbəylidən qorxulu yollarla çox patron daşımışıq.   
       Bir dəfə O, yoldaşları ilə erməni  hücumunun qarşısını alarkən təklənir. Qəflətən qarşısına 12 nəfərlik bir dəstə çıxır. Mirzalı kişi tüfəngi çəkərək dayanın deyir. Gələnlər deyirlər ki, atma, azərbaycanlıyıq, Soltan bəyin adamlarındanıq. Mirzalı kişi də onlara qoşularaq birlikdə hərəkət edirlər. Erməniləri pərən-pərən saldıqdan sonra Soltan bəy onları yanına çağıraraq deyir, hansınız idi mənim adamlarıma tüfəng çəkən? Mirzalı kişi vəziyyəti başa salaraq, mən idim, deyir. Soltan bəy onun alnından öpüb afərin, deyir. Bu ərəfədə xəbər gəlir ki, ermənilər Canhəsən kəndinə hücuma keçiblər. Soltan bəy dəstəsini üç yerə bölərək 6 nəfərdən ibarət bir dəstəni Mirzalı kişiyə tapşırır. Onlar üç istiqamətdə hücuma keçərək erməniləri pərən-pərən salırlar. 

       Mirzalı Hümbətov 1982-ci ilin mart ayında 102 yaşında rəhmətə gedib.
      Kərbalayı Məhərrəm oğlu Rza. Ermənilər Canhəsən kəndini yandırıb, Kosalar kəndinə hücum edən zaman Kosalar döyüşçüləri üç dəstəyə bölünürlər. Dəstənin birinə qaçaq Mahmud, digər birinə isə Rza başçılıq edir. Deyilənə görə Rza kişi Sarının yerindən, yəni, xırman istiqamətindən gələn bir ermənini atın üstündən vuraraq yerə salmışdır.
    



Hiç yorum yok:

Yorum Gönderme